Son Xəbərlər:
Daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən vetennamine.az saytına verilən məlumata görə birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 619 şəhidin 17 302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 95 faiz icra olunub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок