Son Xəbərlər:

Qalereya

Mehdi Mehdiyev: “Bizim 11 aprel seçkilərində ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi görmək istədiyimiz yeganə namizədimiz İlham Əliyevdir”

Karabakh.TV-nin növbəti müsahibi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyevdir. Читать далее »

Binəqədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun anım günü keçirilmişdir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki parkda  Azərbaycanın Milli Qəhrəmanı, şəhid Fərhad Qəmbər oğlu Hümbətovun anım günü qeyd olunmuşdur. Tədbirdə Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının üzvləri də iştirak etmişlər. Daha sonar Heydər məscidində şəhidin adına ehsan verilmişdir. Fərhad Qəmbər oğlu Hümbətov 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş ... Читать далее »

Qarabağ qazilərinin xəyanətkarlara cavabı

II qrup Qarabağ müharibəsi əlili Məhi Mehdiyev II qrup Qarabağ müharibəsi əlili Məmmədov Mehman Yusif oğlu II qrup Qarabağ müharibəsi əlili Zülfüqar Cəfərov: II qrup Qarabağ müharibəsi əlili İlham Qayıbzadə Yusif oğlu: II qrup Qarabağ müharibəsi əlili Əzimov İslam: Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev Azərbaycan bayrağı ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev Ehtiyatda olan polkovnik Həsən Əmirov: ... Читать далее »

Lökbatandakı Şəhidlər kompleksində Prezident seçkilərinə dəstək aksiyası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialı üzvləri 2018-ci il aprelin 2-də Lökbatan qəsəbəsindəki Şəhidlər kompleksinin qarşısında 11 Aprel – Prezident seçkilərinə dəstək aksiyası keçirmişlər. Tədbirdə filialın üzvləri çıxış edərək fəal vətəndaşlıq mövqeyi göstərməklə seçkidə iştirak edəcəklərini və layiqli namizədə səs verəcəklərini bildiriblər. ​ Читать далее »

Lerik rayonunda şəhid Nuriyev İldırım Xanəlı oğlunun anım günü kecirilmişdir

Lerik rayon Divağac kəndində səhid Nuriyev İldırım Xanəlı oğlunun anım günü kecirilmişdir. Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin, Səfərərlik və  Hərbi xidmətə Cağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının sədri, şəhidin ailə üzvləri iştirak etmişlər. Şəhidin ailə üzvləri ilə görüş kecirilmiş, ərzaq sovqatları verilmişdir. Şəhidin ruhuna dualar oxunmuşdur. Читать далее »

Qubada Soyqırım günü qeyd olundu

Qubada 31 mart – Azərbaycanlıların Soyqırım günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri və üzvləri, habelə istefada olan hərbçilər, veteranlar və şəhid anaları iştirak etmişlər. Abidənin üstünə qərənfil dəstələri qoyulmuş,  dualar oxunmuşdur. Tədbir böyük hüznlə başa çatdı. Читать далее »

Soyqırım qurbanları yad edildi

Martın 31-i 1918-ci ildə azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar SOCAR Azərikimya İB-nin kollektivi, Mİlli Məclisin deputatları və Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri ilə birlikdə Quba və Qusarda yerləşən soyqırım qurbanlarının xatirəsinə yaradılmış memorial abidələri ziyarət etmiş,  abidələrin önünə gül dəstələri qoymuşlar. Allah rəhmət eləsin. Читать далее »

Sumqayıtda rəssam İntiqam Ağayevin 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərgisinin açılışı olmuşdur

Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialı və Mədəni İnkişaf Mərkəzi ictimai birliyi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II qrup əlil olmuş rəssam İntiqam Ağayevin bu  faciəni əks etdirən əsərləri nümayiş etdirilmişdir. Ictimai birliyin 30 fəal üzvü də tədbirdə iştirak etmişlər. İştirakçılar 31 Mart – ... Читать далее »

Lerikdə Novruz bayramı ilə əlaqədar Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşlər keçirilmişdir

Görüşlərdə Lerik rayon İcra Hakimiyyəti başcışının müavini Arzu xanım Vəliməmmədova və Azərbaycan QMƏVŞAİB Lerik rayon filalının sədri Veysəl Məlikov iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Valeh Müslümovun atası Əlizahir müəllimin, daha sonra isə digər şəhid və əlil ailələrini ziyarət edib bayram sovqatları təqdim etməklə bayramlarını təbrik etdilər. Читать далее »

Sumqayıtda «Qəhrəmanlarımızı taniyaq və tanıdaq» adlı təbliğat kampaniyası çərçivəsində tədbir keçirilmişdir

2018-ci il martın 28-i Sumqayıt şəhər Gənclər Evində  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə «Qəhrəmanlarımızı taniyaq və tanıdaq» adlı təbliğat kampaniyası çərçivəsində tədbir keçirilmişdir. Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının bir qrup fəal üzvü də bu tədbirdə iştirak etmişlər. Tədbirdə çıxış edən ictimai birliyin Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə gənclərin daha da vətənpərvər olmasında, aprel döyüşlərinin təhlili, orduda xidmət edən  ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок