Son Xəbərlər:

Qalereya

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə imzalayıblar. Tərəflər ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»na əsaslanaraq hərb elminin inkişaf etdirilməsi, ... Читать далее »

“Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində işçi görüşləri keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər. Tədbirlərdə NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə ... Читать далее »

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filalı Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirdə iştirak etmişdilər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filalı Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirdə iştirak etmişdilər. Tibb elmində böyük xidmətləri olan Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan ... Читать далее »

Hərb Tarixi Muzeyində aprel döyüşlərində Milli Ordumuzun qəhrəmanlıqlarına həsr olunan tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulmasının qarşısının alınmasında və əks həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlara həsr olunan tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən ... Читать далее »

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib

Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində «Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi» mövzusunda komanda-qərargah təlimi keçirilib. Təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin ... Читать далее »

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, onlardan 2 hərbi həkimi ... Читать далее »

Aprelin 28-də DİN-in «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib.

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Nazirliyin rəhbərliyi adından qonaqları salamlayıb, görüşün qarşılıqlı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Sonra müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verilib. Nazirin birinci ... Читать далее »

İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

Prezident İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. Sosialist İnternasionalının baş katibi Luis Ayala rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin Bakıda keçirilməsi planlaşdırılan iclasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə səfər etdiyini vurğuladı. Luis Ayala Sosialist İnternasionalının son vaxtlar həyata keçirdiyi işlərdən danışdı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə ... Читать далее »

Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, ... Читать далее »

Müdafiə naziri zabit heyətilə toplantı keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə 27 aprel 2016-cı il tarixində toplantı keçirib. Toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr edilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок