Son Xəbərlər:

Qalereya

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edildi

Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və digər rəsmi qonaqlar iştirak edirdilər. Öncə ulu öndər Heydər Əliyevin və Qarabağ savaşında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni canlı olaraq ifa edildi. Polkovnik Müslüm Nəsirov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək müstəqillik yolunda ümummilli liderimizin ... Читать далее »

Beyləqan filialının üzvləri Cocuq Mərcanlıda keçirilən tədbirdə iştirak etmişlər

2019-cu il oktyabrın 20-i Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Müstəqiliyimizin 28 illiyi və Milli Kulinariya günü münasibəti ilə tədbir keçirilmişdir. Azərbaycan QMƏVŞAİB-in Beyləqan rayon filialının 20 nəfər üzvü tədbirdə iştirak etmişdir. Tədbirdə Beyləqan filialının üzvləri Əliyev Qiyas və Tahirov Müseyib çıxış edərək tədbir iştirakçılarını Azərbaycanın Dövlət Müstəqilliyi günü və ... Читать далее »

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində «Müstəqilliyimiz Əbədidir» mövzusunda tədbir keçirilmişdir

2019-cu il oktyabrın 18-i Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində «Müstəqilliyimiz Əbədidir» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Sumqayıt şəhər 23 saylı orta məktəbin müəllim və şagird heyəti, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri, fəalları, Gənc Müəllimlər ictimai birliyinin üzvləri iştirak edirdilər. Tədbirdə şagirdlərin ifasında bədii kompozisiyalar nümayiş etdirilirmisdir. Читать далее »

Biləsuvarda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 28-cİ ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

2019-cu il oktyabrın 18-i Biləsuvar rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ağsaqqalları, Qarabağ müharibəsi veteranları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər ... Читать далее »

Bakıdakı 8 saylı məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbir keçirilmişdir

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi  günü münasibətilə Bakıdakı 8 saylı məktəbdə Azərbaycan QMƏVŞAİB-in Nəsimi rayon filialının təşkil etdiyi tədbirə 40-a yaxın Qarabağ müharibəsi iştirakçısı dəvət olunmuşdur. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ağsaqqallar şurasının və Nəsimi rayon filialının sədri Azər Quliyev çıxış etmişlər. Çıxışlarda bildirildi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında ... Читать далее »

“Qazilər çay ocağı”nda Kamandar Məmmədovun xatirəsi yad edilmişdir

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının keçmiş sədri, mərhum qazimiz Kamandar Məmmədov Səlim oğlunun Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri üzvlərinin asudə vaxtlarını səmərəli keçirtmək  məqsədilə  yaratmış olduğu “Qazilər çay ocağı” evi istirahət mərkəzi Akstafa rayon Əfqanıstan Müharibəsi Veteranları ictimai birliyinin sədri Hacıyev  Mirzahid Miri oğlu tərəfindən ziyarət edildi. Kamandar Məmmədovun xatirəsi yad edilmiş, onun xeyirxah əməllərindaən danışılmışdır. Qazax rayonunda ... Читать далее »

Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri üçün «Açıq Qapı» təşkil edilib

2019-cu il oktyabrın 19-u Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri üçün «Açıq Qapı» təşkil edilib. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masada filialın sədri Tərlan Hacızadə və 30-a yaxın üzvü iştirak edib. DSMF Sumqayıt  şəhər ... Читать далее »

Qazax şəhərində «Müstəqilliyimiz Əbədidir» şüarı altında yürüş keçirilmişdir

2019-cu il oktyabrın 17-si Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə  Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının fəal üzvü,  hamımızın sevimlisi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda odlu-alovlu, şanlı-şərəfli döyüş yolu keçmiş  I qrup Qarabağ müharibəsi əlili Əcgərov Yaşar  Nurəddin oğlu, II qrup Qarabağ müharibəsi əlili Qocayev  Rəşad  Rəhim oğlu və II qrup Qarabağ müharibəsi əlili Kazımov Maksim Nazir oğlu, eləcə də yüksək  ... Читать далее »

Qubanın ən ucqar kəndində vətənpərvərlik tədbiri keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Quba rayon filalının təşkilatçılığı ilə Quba rayon mərkəzindən 80 km aralıda yerləşən ən ucqar kəndi olan Teymur Şahbazov adına Xaltan kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir. Tədbirdə filalln sədri Yusif Nöhbalayev, ehtiyatda olan hərbçilər – baş leytenant Mobil Əhmədov, baş leytenant, 2 qrup Qarabağ əlili İsmət Cəfərov keçmiş kəşfiyatçı, yazıçı və müharibə veteranı Kərim Dünyamalı və ... Читать далее »

Lerikdə “Qarabağ Azərbaycanındır. Müstəqilliyimiz Əbədidir” şüarı altında flaşmob keçirilmişdir

2019-cü il oktyabrın 15-i Lerik rayonunda Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov,   YAP Gənclər birliyinin və Azərbaycan QMƏVŞAİB-in təşkilatçılığı ilə “Qarabağ Azərbaycanındır. Müstəqilliyimiz Əbədidir” şüarı altında flaşmob keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov da  iştirak etmişdir. Tədbir rayonun girişindən başlamış və Heydər Əliyev meydanında başa çatmışdır. Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок