Son Xəbərlər:

Qalereya

«Şəhidlərimizi Tanıyaq və Tanıdaq» adlı lahiyəsi çərçivəsində qol güləşi üzrə Qazax rayon açıq turnuri keçirilmişdir

2019-cu il fevralın 17-si Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Kamandar Məmmədov başda olmaqla filialın idarə heyyəti və üzvləri Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə «Gəncliyin Təşəbbüsü» maarifləndirmə ictimai birliyi «Şəhidlərimizi Tanıyaq və Tanıdaq» adlı lahiyəsinin icrası cərcivəsində şəhid Süleymanov Süleyman Elçin oğlunun xarirəsinə həsr olmuş qol güləşi üzrə Qazax rayon açıq turnurində iştirak etmişlər. Читать далее »

Qazaxda şəhid Ismayılov Elçin Murğuz oglunun xatirəsi yad edilmişdir

1980-ci il yanvarın 5-i Qazax rayonunun Kosalar kəndində anadan olmuş, 1999-cu il fevralın 17-si Azərbaycan Respublikasının ərazi bütövlüyü  ugrunda Goranboy rayonunun Borsunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Ismayılov Elçin Murğuz oglunun xatirəsi yad edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Qazax rayon Səfərbərlik və Hərbi Xidmətə Cagrış üzrə Dövlət Xidmətinin rəisi Mehman Rəhimov, xidmətin əməkdaşları, Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri ... Читать далее »

Qazaxda «Şəhidliyin Adil zirvəsi» filminin təqdimatı olmuşdur

2019-cu il fevralın 15-i Qazax rayon Gənclər Mərkəzində  «Şəhidliyin Adil zirvəsi» filminin təqdimat mərasimi keçirilmişdir. Film Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və «Öyrədərək Öyrənirik» Gənclərin İntellektual İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə icra olunan «Şəhidliyin Adil zirvəsi» layihəsi çərçivəsində çəkilmişdir. Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Kamandar Məmmədov başda olmaqla filialın idarə heyəti və üzvləri filmin təqdimatında iştirak etmişlər. ... Читать далее »

Xocavənddə Qaradağlı soyqırımının qurbanları yad edilib

2019-cu il fevralın 15-i Azərbaycan QMƏVŞAİB-in Xocavənd rayon filialının üzvlərinin iştirakı ilə Tuğ kənd tam orta məkdəbində 1992-ci il fevralın 17-də rayonun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımla bağlı tədbir kecirilmişdir. Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən ... Читать далее »

Xaçmazda şəhid Çingiz Abdullayevin xatirə günü qeyd olundu

Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə şəhid Çingiz Abdullayevin doğum günü münasibətilə anım tədbiri təşkil olunmuşdur. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, müəllimlər və şagirdlər iştirak etmişlər. İştitakçılar ilk öncə Çingiz Abdullayevin büstü önünə tər qərənfillər düzmüşlər. Mərasimdə çıxış edənlər şəhidin məktəb illəri ilə bağlı xatirələrini danışmış, onun vətənpərvər bir gənc olduğunu bildirmişlər. Çingizin döyüş yoldaşları şagirdlərə onun qəhrəmanlığından, ... Читать далее »

Binəqədi gəncləri makro və mikro kreditlərin alınması üsulları barədə məlumatlandırılıb

2019-cu il fevral ayının 13-ü, 14-ü, 15-i saat 12:00-da Bakı şəhər Binəqədi rayon Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi Həlimə Əliyevanın təqdimatında «Makro və Mikro kreditin alınması üsullarının gənclər arasında təbliği» adlı layihə keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir. ... Читать далее »

Sumqayıtda SHXÇDX-nin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

2019-cu il fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə xidmətin Sumqayıt şəhər idarəsinin zabit və işçi heyəti, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri və 2 fəal üzvü, digər QHT nümayəndələri, şəhər məktəbində çalışan hərbi müəllim heyəti iştirak etmişlər. Tədbirdə 7 ... Читать далее »

Beyləqanda səhid Qurbanov Ilqar Ənvər oğlunun anım günü keçirilmişdir

2019-cu il fevralın 14-ü Azərbaycan QMƏVŞAIB-in Beyləqan rayon filiali tərəfindən səhid Qurbanov Ilqar Ənvər oğlunun anım günü keçirilmişdir. Qurbanov Ilqar 2-ci Asıqlı kəndində anadan olmusdur. 1990-cı ildə Asıqlı kənd orta məktəbini bitirmişdir. 1991-ci ildən hərbi xidmətə çağırılmışdır. Beyləqan batalyonu tərkibində Xocavənd rayonunda Əmrallar kəndi, Şiş qaya, Qizil qaya yüksəklikləri uğrunda gedən doyuşlərdə fəal iştirak etmişdir. 1993-cu il  sentyabrın 23-də erməni ... Читать далее »

Beyləqanda Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nazim Qabil oglunun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir

2019-cu il fevralın 7-si Azərbaycan QMƏVSAIB-in Beyləqan rayon filiali tərəfindən milli qəhrəman Quliyev Nazim Qabil oglunun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbir qəhrəman səhidimizin doğulduğu və orta təhsil aldiği Beyləqan rayon Orenqala kəndində olmuşdur. Tədbirdə qəhrəmanımızın ailəsi, məktəbin müəllim və şagird heyəti və filialın üzvləri istirak etmişlər. Çıxış edənlər səhidimizin doyüş yolu haqqında danışmış, iştirakçılar büstü önunə gül dəstələri ... Читать далее »

Ağdam rayon Icra Hakimiyyətinin başçısı ilə görüş: diqqət, qayğı və humanizmin təcəssümü

Azərbaycan QMƏVŞAİB-in Ağdam rayon filialının təşəbbüsü ilə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin bir qrupu ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun xeyirxah, səmərəli məqsəd daşıyan görüşü olmuşdur. Tədbir əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin, sonra isə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymaqla başlamışdır. Tədbirdə şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок