Son Xəbərlər:

Qalereya

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

13 aprel 2016-cı il tarixində Prezident İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüşüb. Görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi. ... Читать далее »

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

13 aprel 2016 cı il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Читать далее »

İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qəbulda giriş nitqi söyləyib. Prezident İlham Əliyevin giriş nitqi -Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə ... Читать далее »

Bakıda şəhidlərimiz torpağa tapşırıldılar.

Dəfn mərasimi başa çatıb. Bakıda şəhid pilotlar mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevin dəfn mərasimi başa çatıb. Vətən uğrunda gedən döyüşlərdə canından keçmiş igidlər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar — ... Читать далее »

Kanadada Qarabağla bağlı aksiya

Kanadada Qarabağla bağlı aksiyada 100-dən çox insan iştirak edib. Aprelin 10-da Kanadanın Toronto şəhərində yaşayan soydaşlarımız Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib. Bu aksiya Torontoda yaşayan azərbaycanlılar tərəfindən təşkil olunub. Aksiyada təxminən 100-dən çox insan iştirak edib. Читать далее »

Düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat ələ keçirilib

Düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları bölmələrimiz tərəfindən ələ keçirilib. Читать далее »

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub. Читать далее »

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi -İlk növbədə xahiş edirəm ki, Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir daha sükutla yad edək. Allah ... Читать далее »

Biləsuvar rayonunda şəhidlərimiz — Dəmirli Hüseyn Zeynal oğlu və Novruzov Fərahim Nadir oğlu torpağa tapşırıldı.

Biləsuvar rayonunda Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən ağır döyüşdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun müddətdən artıq hərbi xidməq qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlu və 20 yaşlı Azərbaycan ordusunun əsgəri , Səmadabad kəndində böyüyüb boya başa çatmış Novruzov Fərahim Nadir oğlu torpağa tapşırıldı. Dəfin mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Hüquq mühafizə orqanlarının ... Читать далее »

Bərdədə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı tədbir keçirildi.

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Bərdə rayon fəallarının yığıncağı keçirildi. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə baş sağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon rəhbəri bildirmişdir ki, düşmənlə təmas xəttində yerləşən rayonlarımız, ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок