Son Xəbərlər:

Foto Qalereya

Binəqədi rayonunda Xocalı soyqırımım 24-cü ildönümü qeyd olundu.

Binəqədi rayonu İcra Hakimiyyətinin və Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının nümayəndələrinin, eləcə də rayon əhalisinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirin iştirakçıları qətliyam qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Xocalı soyqırımına ucaldılmış abidənin önünə tər qərənfillər düzmüşlər. Читать далее »

Biləsuvar rayonunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.

26 fevral 2016-cı il tarixdə Biləsuvar rayon Mədəniyyət evində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat, icra hakimiyyəti nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə Mədəniyyət evinin foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirildi. Soyqırım qurbanlarının əziz xatirəsi bir ... Читать далее »

Bərdədə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

26 fevral 2016-cı il. 24 fevral 2016-cı il tarixdə Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı, rayonun fəal gənclərinin və tələbələrin iştirakı ilə 26 fevral – Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Xocalı şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kollecin metodisti, ... Читать далее »

Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

26 fevral 2016-cı il. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunmuşdur. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ... Читать далее »

Azərbaycab QMƏVŞAİB-in yaradılmasının 15 illiyi münasibətilə keçirilən yubiley tədbirləri

Fevral ayının 12-si Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin taradılmasından 15 il ötür. Bu əlamətdar gün münasibətilə bir çox tədbirlər keçirilmişdir. Ümummilli lider, ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə əsası qoyulmuş təşkilatımız yarandığı gündən xalqın vətənpərvər oğul və qızlarının rifahı naminə çalışmış, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi dayaq olmuşdur. ... Читать далее »

Azərbaycan QMƏVŞAİB-in bir qrup üzvü Murovdağda N saylı hərbi hissənin əsgər və zabirləri ilə görüşmüşdür (VIDEO)

8 fevral 2016-cı il. Bir neçə gündən sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin yaranmasının 15 illik yubileyini qeyd edəcəyik. Bu ərəfədə birliyin bir qrup üzvü – birliyin sədri Mehdi Mehdiyev, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ariz Məmmədov, Gəncə, Göygöl, Kəlbəcər və Samux rayon filiallarının sədrləri ön xətdə, Murovdağda döyüş səngərlərində xidmət edən zabit və əsgərlərlə ... Читать далее »

AZQMƏVŞAİB Qaradağ rayon filialı üzvlərinın müharibə əlilləri və şagirdlərlə görüşü keçirilmişdir

3 Fevral 2015-cı ildə Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qaradağ rayon filialı üzvlərinın rayonun Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbdə qəsəbədə yaşayan müharibə əlillərinin iştirakı ilə şagirdlərlə görüşü keçirilmişdir. Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş məktəbin məzunlarının xatirə kompleksi ziyarət edilmiş, kompleksin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. Sonra məktəbin akt zalında yuxarı ... Читать далее »

İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında iştirak edib

5 dekabr 2016-cı il. Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban ... Читать далее »

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər (VİDEO)

30 dekabr 2015-ci il. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 89 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi

30 dekabr 2015-ci il. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок