Son Xəbərlər:

Foto Qalereya

Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir

2017-ci il dekabrın 3-ü Masallı rayon İcra hakimiyyətinin dəstəyi və Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Aybəniz Qafarova, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir

2017-ci il dekabrın 5-i Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir. Filialın inzibati binasında keçirilən yığıncaqda QMƏVŞAİB-in sədr müavini polkovnik-leytenant Şura Musayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatinin əməkdaşı Eldəniz Zeynalov və filialın üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Azərbaycanın milli qəhrəmani Şirin Mirzəyevin filialın önündəki büstünü, rayonun Q.Qarayev prospektində yerləşən «Şəhidlər Abidəsini» və rayonun Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında ... Читать далее »

Bərdədə Qarabağ əlilləri ilə görüş keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialı və Bərdə şəhər Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə filialın əlil üzvləri ilə 3 dekabr – Beynəlxalq Əlillər gününə həsr olunmuş görüş keçirilmişdir. Görüşdə Qarabağ müharibsi əlilləri öz döyüş yollarından xatirələrini danışmış, ordumuzun rəçadətlərindən bəhs etmişlər. Onların xatirələri tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılanmışdır. Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova  əlillərə göstərilən dövlət ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

2017-ci il dekabrın 1-i Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir.Tədbirdə rayon Icra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova,  Azərbaycan QMƏVŞAİB-in mərkəzi təftiş komissiyasının sədri Aris Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov və rayonda fəaliyyət göstərən ictimai təşkilat rəhbərləri və filialın üzvləri  iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları  rayonun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında  Azərbaycanın azadlığı uğrunda həlak ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir

2017-ci il dekabrın 1-i Azərbaycan QMƏBŞAİB-in akt zalında Binəqədi rayon İcra hakimiyyətinin dəstəyi və Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri Elnur Məmmədov, Ləman Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağıtış üzrə Dövlət Xidmətinin Binəqədi idarəsinin rəisi polkovnik-leytenant Novruz Rəhimov, QHT-lərin Binəqədi rayon şöbələrinin sədrləri və ictimai ... Читать далее »

Biləsuvarda Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilmişdir

30 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı və icma əsaslı Reabilitasiya Mərkəzinin dəstəyi ilə Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirildi. Tədbirdə  rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Azərbaycana Birgə Yardım Təşkilatının  (UAFA) nümayəndələri, əlil uşaqlar, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının üzvləri, Çernobil əlilləri, Əfqanıstan müharibəsi əlilləri iştirak etdilər. Tədbir iştirakçıları əlil uşaqların əl işlərindən ibarət sərgiyə ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir

2017-ci il noyabrın 25-i Azərbaycan Quba rayon filialının 2017-ci il fəaliyyəti haqqında hesabat iclası keçirilmişdir. İclasda QHT Quba rayonu üzrə koordinatoru Eynulla Xeyrullayev, Azərbaycan QMƏVŞAİB Sumqayıt filialının sədri Tərlan Hacı-zadə, Qarabağ müharibəsi veteranları, əlilləri və  şəhid ailələrinin nümayəndələri iştirak etmişlər. İclasda Azərbaycan QMƏVŞAİB Quba filialının sədri Yusif Nöhbalayev 2017-ci il ərzində görülən işlər, keçirilmiş tədbirlər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə ... Читать далее »

Qaradağda hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilmişdir

2017-ci il Noyabr 27-si Azərbaycan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qaradağ rayon filialı  üzvlərinın rayonun Lökbatan  qəsəbəsində yerləşən şəhid Elxan Həsənov adına 139 saylı tam orta məktəbdə  şagirdlərlə hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilmişdir. Görüşdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının  sədr müavini  İsmayılov Əvəz vətənpərvərlik mövzusunda çıxış etmişdir.  Sonra məktəbin  9-cu  sinif şagirdi Babayev İlkin Rəşad oğlu Gürcüstanda keçirilən  sərbəst güləş  çempianatında 65 ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir

2017-ci il noyabrın 25-i Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin iclas zalında Binəqədi rayon filialının 2017-ci il fəaliyyəti haqqında hesabat iclası keçirilmişdir. İclasda baş idarənin, rayon İcra Hakimiyyətinin nümayəndələri və 50 nəfər ictimai birliyin üzvü iştirak etmişdir. İclasda Binəqədi filialının sədri İlham Qayıbzadə 2017-ci il ərzində görülən işlər, keçirilmiş tədbirlər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və ... Читать далее »

Azərbaycan QMƏVŞAİB Xəzər rayon filialında il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir

2017-ci il noyabrın 23-də Mərdəkan Mədəniyyət Sarayında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialında il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir. Tədbirdə RİH aparatinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları ictimai birliyinin nəzarət təftiş komissiyasinin sədri Ariz Məmmədov, millət vəkili Rauf Əliyevin köməkçisi Əfrasiyab ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок