Son Xəbərlər:

Foto Qalereya

Biləcəri qəsəbəsindəki Milli Qəhrəmanlar parkında təmir işləri başa çatmışdır

Biləcəri qəsəbəsindəki Milli Qəhrəmanlar parkında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin xahişi ilə təmir işləri aparılmışdır. Buna görə də Bilənəqi rayon İcra hakimiyyətinə və Biləcəri bələdiyyəsə ictimai birliyin adından öz minnətdarlığımızı bildiririk. Читать далее »

209 saylı məktəb liseyin direktoru “Vətən Naminə” medalı ilə təltif olunmuşdur

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının üzvləri Biləcəri qəsəbəsindəki 209 saylı məktəb liseydə keçirilmiş yeni tədris ilinin açılışı tədbirində iştirak etmişlər. Liseyin direktoru əməkdar müəllim Solmaz Həsən qızı Kazımova şagirdlərin vətənpərvərlik tərbiyəsində apardığı işlərə və fəallığa görə ictimai birliyin təsis etdiyi “Vətən Naminə” medalı ilə təltif olunmuşdur.  Medalı filialın sədri İlham Qayıbzadə təqdim ... Читать далее »

Tovuzda şəhid Quliyev Rahib Nəriman oğlunun xatirəsi yad edilib

2018-ci il sentyabrın 7-si Azərbaycan QMƏVŞAİB-in Tovuz rayon filialının təşkilatçılığı ilə şəhid, baş leytenant Quliyev Rahib Nəriman oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhidin anası Natella xanım ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik İşində Xidmətlərinə görə” medalı ilə təltif olunub. Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi və ... Читать далее »

“Yaşlı könüllülər” layihəsinə başlanıldı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb. Nazirliyin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar.  Belə ki, onlar 1 ay ... Читать далее »

Laçında şəhid ailələrinə bayram töhfələri verilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon filialının təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar 246 nəfər səhid ailəsinə 5250 manatliq ərzaq yardımı paylanmışdır. Читать далее »

Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları üçün Xalça Muzeyinə ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbir, eyni zamanda, xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə onlarda dolğun bilik və dünyagörüşü yaratmaq ... Читать далее »

Xocavənddə N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xocavənd rayon filialının üzvləri N saylı hərbi hissənin əsgərləri ilə Qurban  bayramı münasibətilə görüş leçirmişlər. Əsgərlərə qurban payları paylannış, çay süfrəsi arxasında səmimi söhbətlər edilmişdir. Читать далее »

Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib

“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib. Tədbirdə Çingiz Qurbanovun atası Salman Qurbanov, anası Nailə xanım Qurbanova, doğmaları, hərbçilər, müxtəlif qurumların nümayəndələri iştirak edib. İştirakçılar mərkəzdə Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş xatirə ... Читать далее »

Bolgələrdə prezidentin fərmanına ictimai dəstək verildi

Bu gün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən 15 aprel – 15 avqust 2018-ci il tarıxlərində həyata keçirilən “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş Dəyirmi masa keçirilmişdir. Tədbirdə aidiyyatı olan hökümət və QHT rəhbərləri iştirak edirdilər. “Şəhid ailələrinə və müharibə ... Читать далее »

Ağcabədidə əsgərlərin andiçmə mərasimi keçirildi

Azərbaycan QMƏVŞAİB Ağcabədi filialının sədr muavini Çingiz Hüseynov, ictimai birliyin üzvləri Mehman Novruzov, Arzu Həsənov 11 avqust 2018 ci il tarixdə N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə  mərasimində iştrak ediblər.  Təntənəli  tədbirdə gənc əsgərlər qarşısında çıxış edən natiqlər əsgərlərə vətənə sədaqət, millətə sevgi, hərbi işləri mükəmməl öyrənməyi tövsiyə etdilər. İşğal altındakı Qarabağ torpaqlarında Azərbaycanın üçrəngli bayrağını dalğalandırac əsgərlərimizə sağ-salamat hərbi ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок