Son Xəbərlər:

Köşə yazıları

Sumqayıtda 20 Yanvar hadisələrinə həsr olunmuş görüş keşirilmişdir

Yanvarın 19-u Sumqayıt şəhər texniki təbiət elmləri liseyində 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş görüş keşirilmişdir. Görüşdə Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının üzvləri, həmin hadisələrin şahidləri və liseyin kollektivi iştirak etmişlər. Həmin hadisələrin canlı şahidi, II qrup Qarabağ müharibəsi əlili Sahib Şamilov o qanlı gecədəki hadisələrdən danışmışdır. Sonra məktəblilərin ifasında kompozisiyalar dinlənilmişdir. Читать далее »

Quba rayonunda gənclərin hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

Tədbirdə  Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri Yusif Nöhbalayev, Qarabağ əlilləri, veteranları və şəhid anaları iştirak etmişlər. Hərbi xidmətə gedənlər arasında Qarabağ əlillərinin övladları və şəhid analarının nəvələri də var idi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin rəhbəri və digər təşkilatların nümayəndələri iştitak və  çıxış etmişlər. Hərbi xidmətə gedən oğullarımız Azərbaycan ... Читать далее »

“Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filialının üzvləri də iştirak etmişlər. Abidə önünə gül çələngi və qərənfil dəstələri qoyulmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Güllə yağışı” abidəsi “20 Yanvar” şəhidlərinin xatirə parkında ... Читать далее »

20 Yanvar hadisələri haqqında video-təqdimat

Hər il təqvimin 20 yanvar günü hər bir Vətən övladının qəlbində ağrı-acı ilə yanaşı dərin vətəndaşlıq qüruru da baş qaldırır. Həmin müdhiş gecə Azərbaycan xalqının taleyi, dövlətçiliyimizin qorunub saxlanılması və inkişafı üçün həlledici sınaq günü idi. Şükürlər olsun ki, xalqımız bu sınaqdan mərdliklə, üzüağ çıxmağa nail oldu. Lakin itkilərimiz də az olmamışdır. Unutmamalıyıq ki, Aəzrbaycanın bu günkü müstəqilliyi, azadlığı üçün ... Читать далее »

Xəzər rayonunda şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib (VİDEO)

2018-ci il yanvarın 12-si Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 124 saylı orta məktəbdə “Azərbaycan gəncliyi 2017-2021-ci llərdə” Dövlət Proqramı çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir. Filmin təqdimatından öncə məktəbin direktoru Sevda Abdullayeva, Xəzər rayon Gənclər və İdman ... Читать далее »

Sumqayıtda şəhid Kərəm Zeynalovun anadan olmasının 50 illiyi münasibətilə anım tədbiri keşirilmişdir

Sumqayıtda 5 saylı Laçın məktəbində şəhid Kərəm Əyyub oğlu Zeynalovun (1967-1992) anadan olmasının 50 illiyi münasibətilə anım tədbiri keşirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Sumqayıt filialının üzvləri, Laçın və Sumqayıt şəhər İcra Hakimiyyətlərinin rəsmiləri və şəhidin döyüş yoldaşları iştirak edirdilər. Читать далее »

Azərbaycan QMƏVŞAİB Binəqədi filialının təşkilatçılığı ilə hərbi hissələrdə əsgərlərlə görüş keçirilmişdir

Görüşdə filialın üzvləri, əsgər və zabit heyəti iştirak etmişlər. Читать далее »

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının üzvləri Qarabağ müharibəsi əlillərini bayram münasibətilə təbrik etdilər

Dünya azərbaycanlıarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşəbbusü və təşkilatçılığı ilə rayonda tədbir keçirilmişdir. Tədbirin məqsədi yataq xəstəsi olan I qrup Qarabağ müharibəsi əlillərinə evlərində baş çəkmək, onları bayram hədiyyələri ilə təbrik etmək idi. Tədbirdə filialın sədri Yusif Nöhbalayev və Quba rayon xəstəxanasının baş həkimi Əliyar Sərvərov iştirak edirdilər. Qarabağ əlilləri bu təşəbbusə ... Читать далее »

Pirallahı rayonunda Azərbaycan QMƏVŞAİB-in iştirakı ilə hərbi-vətənpərvərlik tədbiri keçirilmiş, Həmrəylik günümüz və Yeni il bayramı qeyd olunmuşdur

Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun anım günü ilə bağlı Pirallahı rayonundakı 186 saylı tam orta məktəbdə hərbi-vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialının sədr müavini, Qarabağ müharibəsi veteranları və əlilləri, Pirallahı rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər. Tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirdə cıxış edənlər gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyyə olunmasında bu cür tədbirlərin ... Читать далее »

Müdafiə Nazirliyinin “Açıq qapı” tədbirində Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri də iştirak etmişlər

2017-ci il dekabrin 30-da Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri Müdafiə Nazirliyinin “Açıq qapı” günü ilə əlaqədar, eləcə də HHQ və HHMQ-nın komandanlığının dəvəti ilə “N” saylı hərbi hissədə olmuşlar. Tədbirdə Sabunçu rayonundan Millət Vəkili seçilmiş Dilarə Cəbrayılova və əsgər valideynləri də iştirak edirdilər. Qeyd olunan qoşun növünün komandanı General-leytenant Ramiz Tahirov və deputat Dilarə Cəbrayılova tərəfindən əsgərlərə bayram sovqatları paylanılmış, ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок