Son Xəbərlər:

Köşə yazıları

Qubada Mübariz İbrahimovun anadan olmasının 30 illiyi qeyd olundu

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşkilatçılığı ilə İsak Xanukov adına  Quba Qırmızı qəsəbə tam orta məktəbində milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Filialın sədri Yusif Nöhbalayev, Quba-Qusar taborunun keçmiş döyüşçuləri, bölük komandiri, ehtiyatda olan zabit və həmin məktəbin intidai ... Читать далее »

Salyanda şəhid İsfəndiyar Həsənovun anım tədbiri keçirilmişdir

Şəhid, baş leytenant İsfəndiyar Möhübbət oğlu Həsənovun anadan olmasının 53-cü ildönümü münasibətilə adını daşıdığı Salyan rayonunun Sarvan kənd tam orta məktəbində anım tədbiri keçirilmişdir. Tədbirdə kəndin müəllim və şagirdləri, kənd ictimaiyyətinin nümayəndələri, dindarlar iştirak etmişlər. Öncə dövlət himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə İsfəndiyar Həsənovun göstərdiyi igidliklərdən söz açan ... Читать далее »

Mingəçevirdə hərbi xidmətdən tərxis olunmuş gənclərlə Qarabağ müharibəsi iştirakçılarının görüşü keçirilmişdir

2018-ci il yanvarın 26-da Azərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Mingəçevir şəhər Şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olunmuş gənclərlə Qarabağ müharibəsi iştirakçılarının görüşünü təşkil etmişlər. Tədbirdə ictimai birliyin Mingəçevir şəhər filialının üzvləri və xidmət rəhbərliyi çıxış edərək tərxis olunmuş gənclərə öz tövsiyələrini vermişlər. Tədbirdə həmçinin digər QHT rəhbərləri iştirak etmişlər. Çıxış üçün ... Читать далее »

Quba rayonunda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşkilatçılığı ilə I Nügədi kənd orta məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə filialın sədri Yusif Nöhbalayev, ehtiyatda olan zabitlər –  Quba-Qusar taborunun qərargah rəisi Mobil Əhmədov və müharibə veteran, şair Kərim Dünyamalı, Qeyri hökumət təşkilatları regional resurs mərkəzinin sədri Eynulla Xeyrullayev, II qrup müharibə əlili Abasəli Abasob, digər müharibə əlilləri və ... Читать далее »

Biləsuvarda şəhid Şahmurad Əlizadənin doğum günü qeyd olunmuşdur

2018-ci il yanvarın 24-ü şəhid Əlizadə Şahmurad Hilal oğlunun doğum günüdür. Bununla əlaqədar Biləsuvar rayon İcra Hakimiyətinin məsul işçisi Cavid Əliyev, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, rayon ağsaqqalı Gülmalı Gülalıyev şəhidin ailəsi ilə onun doğulduğu evdə görüşmüşlər. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılmış, həyatının fotolarda əks olunan anları xatırlanmışdır. Şəhid ... Читать далее »

Pirallahı rayonunda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı anım mərasimi keçirilib

Tədbir Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialının və 186 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Məktəbin akt zalında keçirilən tədbirdə ictimai birliyin üzvləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edirdilər. Anım mərasimi  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər o qanlı ... Читать далее »

Azərbaycan Paralimpiya Komitəsinin iclası keçirilmişdir

2018-ci il yanvarın 18-i Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Oturaq Voleybol üzrə Milli Komandamız yarışlarda daha da professional səviyyədə iştirakının təmin olunması üçün Azərbaycan Voleybol Federasiyasının himayəsinə verilmişdir. Yanvarın 19-u Milli Olimpiya Komitəsində Azərbaycan Paralimpiya Komitəsinin iclası keçirilmişdir və orada bu hadisə təntənəli şəkildə ictimaiyyətin nəzərinə çatdırılmışdır. Читать далее »

Sumqayıtda 20 Yanvar hadisələrinə həsr olunmuş görüş keşirilmişdir

Yanvarın 19-u Sumqayıt şəhər texniki təbiət elmləri liseyində 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş görüş keşirilmişdir. Görüşdə Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının üzvləri, həmin hadisələrin şahidləri və liseyin kollektivi iştirak etmişlər. Həmin hadisələrin canlı şahidi, II qrup Qarabağ müharibəsi əlili Sahib Şamilov o qanlı gecədəki hadisələrdən danışmışdır. Sonra məktəblilərin ifasında kompozisiyalar dinlənilmişdir. Читать далее »

Quba rayonunda gənclərin hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

Tədbirdə  Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri Yusif Nöhbalayev, Qarabağ əlilləri, veteranları və şəhid anaları iştirak etmişlər. Hərbi xidmətə gedənlər arasında Qarabağ əlillərinin övladları və şəhid analarının nəvələri də var idi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin rəhbəri və digər təşkilatların nümayəndələri iştitak və  çıxış etmişlər. Hərbi xidmətə gedən oğullarımız Azərbaycan ... Читать далее »

“Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filialının üzvləri də iştirak etmişlər. Abidə önünə gül çələngi və qərənfil dəstələri qoyulmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Güllə yağışı” abidəsi “20 Yanvar” şəhidlərinin xatirə parkında ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок