Son Xəbərlər:

Dağlıq Qarabağ Münaqişəsi

Erməni hərbi qulluqçuları arasında növbəti insident baş verib

4 oktyabr 2015-ci il. Müdafiə Nazirliyinin məlumatına görə Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar. Həqiqətdə isə müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub. Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən ... Читать далее »

Atəşkəs rejimini 70 dəfə pozan ermənilər 76 atəş zərbəsi ilə susdurulub

4 oktyabr 2015-ci il. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, ... Читать далее »

Düşmənin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var

2 oktyabr 2015-ci il. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu ... Читать далее »

Xocavəndin işğalından 23 il ötür

2 oktyabr 2015-ci il. Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 23 il ötür. Rayon Ağdam — Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun ... Читать далее »

Elmar Məmmədyarov: Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir

1 oktyabr 2015-ci il. “Son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub”. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair yüksək səviyyəli paralel tədbirdə çıxışı zaman deyib. Nazir ... Читать далее »

Cəbhə bölgəsindən son xəbər

1 oktyabr 2015-ci il. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Cəvahirli, ... Читать далее »

Azərbaycan ordusunun yeni silahı “Buk-MB” Zenit-raket komplekslərindən sınaq atışları keçirilib

30 sentyabr 2015-ci il. Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib. Atışlarda Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib. Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də ... Читать далее »

Azərbaycan Ordusu düşmən mövqelərinə 93 atəş zərbəsi endirib

30 sentyabr 2015-ci il. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin ... Читать далее »

Azərbaycan ən iri miqyaslı Komanda Qərargah hərbi oyunları keçirilmişdir (fotolar və video)

29 sentyabr 2015-ci il. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirildi. Təlimlərə 65 min nəfərin iştirakı ilə 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qurğusu, 40-dək təyyarə və 50-dək helikopter, Hərbi ... Читать далее »

Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır

29 sentyabr 2015-ci il. Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur. Bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir. Rəsmi olaraq bildiririk ki, adları ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок