Son Xəbərlər:

Dağlıq Qarabağ Münaqişəsi

Ermənistanın sabiq prezidenti: «Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır»

1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. O, bu sözləri «Kentron» erməni telekanalının efirində deyib. «Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq», — deyə Levon Ter-Petrosyan qeyd edib. Sabiq prezident vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır. Sabiq prezident Madrid ... Читать далее »

Belarus prezidenti: «Azərbaycan və Ermənistan məsələni vasitəçilər olmadan həll etməlidir»

«İnsanlar öləndə, yoxsulluq içində yaşayanda siyasətdə bu kartdan istifadə etmək olmaz. Dünyadakı bütün münaqişəli məsələlər üzrə sarsılmaz mövqeyimiz belədir. İstər Ukrayna olsun, istər Dağlıq Qarabağ, istərsə də Dnestryanı». Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki diplomatik fəaliyyətini başa vuran Ermənistanın səfiri Armen Xaçatryan ilə görüşündə deyib. Belarus prezidenti vasitəçilərə nifrət etdiyini açıq şəkildə bildirib: «Çünki prezident olduğum müddətdə onlar Belarus ətrafında ... Читать далее »

Səudiyyə Ərəbistanının şahzadəsi: «Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət öz acizliyini nümayiş etdirir»

«Dünya ictimaiyyəti bu gün Suriya və Dağlıq Qarabağ məsələlərində öz acizliyini nümayiş etdirir». Bunu Səudiyyə Ərəbistanının şahzadəsi, Kral Faysal adına İslam Araşdırmaları Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda deyib. Onun sözlərinə görə, Rusiya və ABŞ münaqişələrin həllinə maneə törətmək üçün qəsdən regionlarda problemlər yaradırlar. Turki əl-Faysal BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dəyişdirilməsinin, dünya siyasətinə yanaşmalarını, dünyanı anlama formasını ... Читать далее »

Fransa Prezidenti: «Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb»

«Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb». Bunu Fransa Prezident Fransua Olland Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində deyib. O qeyd edib ki, danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyiblər: «Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə ... Читать далее »

Qubada şəhid Fərzəliyev Pərviz Elçin oğlunun anım mərasimi keçirilmişdir

2017-ci il fevralın 25-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Fərzəliyev Pərviz Elçin oğlunun Quba rayonun Zizik kəndində anım mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan QMƏVŞAİB Quba filialının sədri Yusif Nöhbalayev, sədr müavini Rəşid Əmirov, Qarabağ müharibəsi vütüranları və əlillərinin bir qrupu iştirak etmişlər. Şəhidin valideynlərinə başsağlığı verilmiş, səbr dilənmişdir. Məzarı ziyarət olunmuş və gül dəstələri düzülmüşdür. Allah rəhmət eləsin. Читать далее »

Şəhid Hikmət Məmmədovun anım günü keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşkilatçılığı ilə şəhid Cəlal Mustafayev adına Alıç-Digah kənd tam orta məktəbində şəhid Hikmət Məmmədovun anım günü keşirilmişdir. Əvvəlcə şəhidin ruhuna dualar oxunmuş, büstü önünə gül dəstələri qoyulmuşdur. Dövlət himninin sədaları altında şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə məktəbin direktoru Fəxrəddin Təhməzov şəhid hikmət Məmmədov haqqında öz xatirələrini söyləmiş, sonra Quba-Qusar taborunun 2-ci bölük ... Читать далее »

Fransa Senatının üzvü Andre Reyşar: “Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır”

«Biz çox gözəl başa düşürük ki, Azərbaycanın bir qayğısı mövcuddur və bu da təbii ki, Dağlıq Qarabağ münaqişəsidir”. Bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qrupun bütün üzvlərinin münaqişə barədə yetərincə məlumatı var: «Biz Fransada Azərbaycanı yaxından tanıyan insanlar kimi bu istiqamətdə fəal iş aparırıq. Azərbaycanın haqq işinə ... Читать далее »

İƏT-in baş katibi: «Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir»

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Üseymin Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə çağırıb. Bu barədə «Anadolu» agentliyi məlumat yayıb. Baş katib İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərindəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb. Yusif bin Əhməd əl-Üseymin Ermənistanı Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz ... Читать далее »

Hərbi qulluqçumuz həlak olub

Martın 11-i səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir! Allah rəhmət eləsin! Читать далее »

Parisdə yaşayan azərbaycanlılar Sarkisyanın Fransaya səfərinə və erməni təcavüzünə qarşı etiraz aksiyası keçiriblər

Fransada yaşayan həmvətənlərimiz bu ölkənin paytaxtı Paris şəhərinin «Trokadero» meydanında erməni təcavüzünə qarşı etiraaz aksiyası keçiriblər. Nümayişin təşkil edilməsində məqsəd Fransanın dövlət rəhbərliyinin nəzərinə Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha çatdırmaq və bu ölkəni ədalətin bərpa edilməsinə töhfə verməyə çağırmaq olub. Aksiya erməni təcavüzü nəticəsində, o cümlədən Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок