Son Xəbərlər:

Siyasət

Prezident İlham Əliyev: «İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir».

20 noyabr 2015-ci il. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilib. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilib. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunub. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa ... Читать далее »

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.

20 noyabr 2015-ci il. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər. Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Dövlətimizin başçısı və xanımının UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının ... Читать далее »

Azərbaycan prezidenti: «Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizi azərbaycanlılar olan İrəvan şəhəridir»

19 noyabr 2015-ci il. Bakı-APA. “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO-nun Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışında deyib. Onun sözlərinə görə, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Çar Rusiyasının XX əsrin əvvəllərinə ... Читать далее »

İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub

13 noyabr 2015-ci il. Prezident İlham Əliyev BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib. BMT ilə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak ... Читать далее »

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

13 noyabr 2015-ci il. NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, ... Читать далее »

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

6 noyabr 2015-ci il. Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Giorgi Marqvelaşvilinin bəyanatı — Əvvəla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Gürcüstana səfər etdiyi üçün təşəkkürümü bildirirəm. Bu səfər çox mühüm səfərdir. Bizim ölkələrimiz arasında strateji əməkdaşlığın və gələcək əlaqələrimizin dərinləşməsi baxımından çox vacib bir səfərdir. Bizim xalqlar arasında mövcud münasibətlər ... Читать далее »

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb

3 noyabr 2015-ci il. Müdafiə Nazirliyinin məlumatına görə noyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb. Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər ... Читать далее »

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib

19 oktyabr 2015-ci il. Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər. Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşıladı. ... Читать далее »

Britaniya səfiri Ermənistanın AŞ PA məruzəçisinin səfərinə qadağa qoymasından danışdı

13 oktyabr 2015-ci il. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistan tərəfindən AŞ PA-nın Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması məsələsi üzrə məruzəçisi Robert Valterin (Böyük Britaniya) Azərbaycanın separatçı regionuna səfərinə qadağan qoyulmasına görə təəssüfünü bildirib. Səfir Trend-ə deyib ki, Cənubi Qafqazdakı münaqişələrə cəlb edilmiş cəmiyyətlərlə təmasların beynəlxalq institutlar tərəfindən dəstəklənməsi bütün tərəflərin marağındadır. Onun sözlərinə ... Читать далее »

İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib

9 oktyabr 2015-ci il. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışının video yazısını sizə təqdim edirik. Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок