Son Xəbərlər:

Siyasət

Azərbaycan XİN Niderlandın Türkiyə nazirinə qarşı davranışını pisləyən bəyanat yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi ötən gün Türkiyənin ailə və sosial siyasət nazirinin Niderlandın Rotterdam şəhərindəki türk Baş konsulluğuna buraxılmamasına münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi davranışı diplomatik-etik çərçivələrdən tamamilə kənar adlandırıb. «Bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” ... Читать далее »

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib

Birinci vitse-prezident qeyd edib: «Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir». Mehriban Əliyeva bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt ... Читать далее »

Sosial təminat sahəsində cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Fondun fəaliyyət sahələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması, sığorta-pensiya münasibətlərinin təşkili, sosial təminat işlərinin düzgün təşkili və s. üzrə cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab ... Читать далее »

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib. Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı ... Читать далее »

Parisdə yaşayan azərbaycanlılar Sarkisyanın Fransaya səfərinə və erməni təcavüzünə qarşı etiraz aksiyası keçiriblər

Fransada yaşayan həmvətənlərimiz bu ölkənin paytaxtı Paris şəhərinin «Trokadero» meydanında erməni təcavüzünə qarşı etiraaz aksiyası keçiriblər. Nümayişin təşkil edilməsində məqsəd Fransanın dövlət rəhbərliyinin nəzərinə Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha çatdırmaq və bu ölkəni ədalətin bərpa edilməsinə töhfə verməyə çağırmaq olub. Aksiya erməni təcavüzü nəticəsində, o cümlədən Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə ... Читать далее »

Fransada növbəti erməni təxribatı iflasa uğradı

Fransa Milli Assambleyasında bir neçə ermənipərəst deputatın yaratdığı məlumat missiyasının hesabatı açıqlanıb. İkitərəfli münasibətlərə zərbə vurmaq məqsədi daşıyan hesabat guya Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrindəki xoşagəlməz məqamları araşdırıb üzə çıxarmalı idi. Qərəzli missiya və ondan qaynaqlanan subyektiv fikirlərlə dolu olan hesabat Fransa Milli Assambleyasının əksər deputatlarının narazılığına səbəb olub. Assambleyanın bir qrup üzvü qərəzli missiya və onun hesabatına qarşı ... Читать далее »

Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib

Martın 6-da Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşün məhsuldar olacağına əminliyini bildirən RF xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. O, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri Elmar ... Читать далее »

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidentinin İrana rəsmi səfəri başa çatdı. İki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. İran Prezidenti Həsən Ruhaninin bəyanatı – Bismillahir rəhmanir rəhim. Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi və onu müşayiət edən yüksək səviyyəli ... Читать далее »

İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib

Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər. Zirvə görüşü “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı. Sammiti İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi edən və təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan etdi. Dövlətimizin ... Читать далее »

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı konfransda giriş nitqi söylədi. Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок