Son Xəbərlər:

Bütün Xəbərlər

Lerikdə şəhidlər yad edilmişdir

2019-cu il yanvarın 6-sı Lerik rayonu Cəngəmiran kəndində şəhidlərin anım günü qeyd olundu. Bir gündə üç şəhid verən kənd sakinləri, şəhidlərin ailə üzvləri, İcra Hakimiyyətinin nümayəndələri, SHXC rəisi, QMƏVŞAİB Lerir rayon filialının üzvləri və  sədri iştirak etmişlər. Şəhidlərin ruhlarına dualar oxunmuşdur. Читать далее »

İş axtarma bacarıqları üzrə təlimi bitirməkdə olan gənclərdən bir qismi artıq işlə təmin olundu

Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt  şəhər  Məşğulluq Mərkəzində təşkil olunmuş təlimi bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar. Bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş ... Читать далее »

«Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçiriləcəkdir

2019-cu il yanvar ayının 7-si,10-u və 11-i saat 12:30-da Bakı şəhəri Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi Sevinc Paşabəyzadənin təqdimatında «Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçiriləcəkdir. Layihənin məqsədi şagirdlərə ekoloji problemlər  haqqında məlumat vermək və bu  problemlərin həlli istiqamətində tədbirlər planının hazırlanması üsullarını öyrətmək və KİV ilə bu məsələni gündəmdə saxlmaqdan ibarətdir. Layihəyə ... Читать далее »

2019-cu il yanvarın 4-ü Milli qəhrəman Etibar İsmayılovun anım günüdür.

Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-u Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1990-cı il o, könüllü olaraq müdafiə batalyonlarından birinə yazılır. Sonralar o, bir neçə batalyonda düşmənlə vuruşmuşdur. Ağdam batalyonunda o, kəşfiyyata gedər, mühüm məlumatlar əldə edərdi. 1994-cü il yanvarın 4-ü Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni ... Читать далее »

İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb. ... Читать далее »

Nizami rayon filialından olan seçicilərlə görüş keçirilmişdir

2018-ci il dekabrın 29-u 24 saylı Nizami birinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş millət vəkili Rövnəq Abdullayevin qərargahında Azərbaycan QMƏVŞAİB Nizami rayon filialından olan seçicilərlə görüş keçirilmişdir. Qərargahın rəhbəri Sabit Mahmudov birlik üzvlərinə Rövnəq müəllimin təbriklərini çatdırdıqdan sonra Azərbaycan QMƏVŞAİB Nizami rayon filialı ilə birlikdə onlara bayram sovqatları paylanmışdır. Читать далее »

Nizami rayonundakı 32 saylı orta məktəbdə şagirdlərlə görüş keçirilmişdir

2018-ci il dekabrın 14-ü Bakı şəhəri Nizami rayonundakı Məzahir Rüstəmov adına 32 saylı orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının üzvləri iştirak etmişlər. Читать далее »

Bərdə Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilmişdir

2018-ci il dekabrın 29-u Bərdə Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilmişdir. Şurada Regional Mədəniyyət Şöbəsinin hesabatı dinlənilmişdir. Hesabat şura üzvüləri tərəfindən yüksək qiymətləndirilmişdir. Hesabatda əsas yeri vətənpərvərlik tədbirlərinin keçirilməsi tutmuşdur. Bərdə Regional Mədəniyyət İdarəsinin şura üzvü, Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının sədri Etibar Hüseyinova da tədbirdə iştirak etmişdir. Vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə görə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev Azərbaycan ... Читать далее »

Hərbi hissədə əsgərlərlə görüş olmuşdur

2018-ci il dekabrın  29-u “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü» münasibətilə N saylı hərbi hissədə açıq qapı günü keçirilmişdir. Tədbirdə hərbi hissənin komandanlığı, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov, YAP Sumqayıt  təşkilatının, Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının, H.Z.Tagiyev adına qəsəbə   bələdıyyəsının və Ağsaqqallar Şurasının nümayəndələri  iştirak etmişlər. Читать далее »

Sumqayıtdakı 36 saylı məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi keçirildi

2018-ci il dekarın 28-i Sumqayıt şəhər 36 saylı orta məktəbdə  Sovet İttifaqı qəhrəmanı  Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə  Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının bir qrup fəal üzvü  iştirak etmişlər. Tədbirdə Mehdi Hüseyzadənin həyatından bəhs edən və dövründə ulu öndər Heydər Əliyev tərəfindən arxiv sənədlərinin əsasında Mehdi Hüseyzadənin qəhrəmanlıq həyatından, həmçinin 1957-ci ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок