Son Xəbərlər:

Bütün Xəbərlər

Binəqədi rayonunda yerləşən Qarabağ müharibəsi ilə bağlı təşkilat rəhbərlərinin görüşü keçirilmişdir

2018-ci il martın 29-u Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialında rayonda yerləşən Qarabağ müharibəsi ilə bağlı təşkilatların sədrlərinin görüşü keçirilmişdir. Görüşdə gənclərə vətənpərvərlik hisslərinin aşılanması yolları müzakirə olunmuş, birgə fəaliyyət planı hazırlanmışdır. Читать далее »

Qubada Soyqırım günü qeyd olundu

Qubada 31 mart – Azərbaycanlıların Soyqırım günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri və üzvləri, habelə istefada olan hərbçilər, veteranlar və şəhid anaları iştirak etmişlər. Abidənin üstünə qərənfil dəstələri qoyulmuş,  dualar oxunmuşdur. Tədbir böyük hüznlə başa çatdı. Читать далее »

Soyqırım qurbanları yad edildi

Martın 31-i 1918-ci ildə azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar SOCAR Azərikimya İB-nin kollektivi, Mİlli Məclisin deputatları və Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri ilə birlikdə Quba və Qusarda yerləşən soyqırım qurbanlarının xatirəsinə yaradılmış memorial abidələri ziyarət etmiş,  abidələrin önünə gül dəstələri qoymuşlar. Allah rəhmət eləsin. Читать далее »

Sumqayıtda rəssam İntiqam Ağayevin 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərgisinin açılışı olmuşdur

Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialı və Mədəni İnkişaf Mərkəzi ictimai birliyi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II qrup əlil olmuş rəssam İntiqam Ağayevin bu  faciəni əks etdirən əsərləri nümayiş etdirilmişdir. Ictimai birliyin 30 fəal üzvü də tədbirdə iştirak etmişlər. İştirakçılar 31 Mart – ... Читать далее »

Lerikdə Novruz bayramı ilə əlaqədar Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşlər keçirilmişdir

Görüşlərdə Lerik rayon İcra Hakimiyyəti başcışının müavini Arzu xanım Vəliməmmədova və Azərbaycan QMƏVŞAİB Lerik rayon filalının sədri Veysəl Məlikov iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Valeh Müslümovun atası Əlizahir müəllimin, daha sonra isə digər şəhid və əlil ailələrini ziyarət edib bayram sovqatları təqdim etməklə bayramlarını təbrik etdilər. Читать далее »

Sumqayıtda «Qəhrəmanlarımızı taniyaq və tanıdaq» adlı təbliğat kampaniyası çərçivəsində tədbir keçirilmişdir

2018-ci il martın 28-i Sumqayıt şəhər Gənclər Evində  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə «Qəhrəmanlarımızı taniyaq və tanıdaq» adlı təbliğat kampaniyası çərçivəsində tədbir keçirilmişdir. Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının bir qrup fəal üzvü də bu tədbirdə iştirak etmişlər. Tədbirdə çıxış edən ictimai birliyin Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə gənclərin daha da vətənpərvər olmasında, aprel döyüşlərinin təhlili, orduda xidmət edən  ... Читать далее »

Azərbaycanda Kazak Həmyerlilləri Cəmiyyətinin növbədənkənar konfransı keçirilmişdir

2018-ci il martın 25-də Jen Mironoviç adına Mərkəzi katedral kilsəsində Azərbaycanda Kazak Həmyerlilləri Cəmiyyətinin növbədənkənar konfransı keçirilmişdir. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Azərbaycanda Kazak Həmyerlilləri Cəmiyyətinin atamanı, kazak polkovniki Çiqiryov Yuri Sergeyeviç konfransı giriş sözü ilə açaraq ilk öncə konfrans iştirakçılarından Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini ... Читать далее »

Lerikdə şəhid Fərəcov Elxan Həsənağa oğlunun anım günü qeyd edildi

Lerik rayonunun Piran kəndində şəhid Fərəcov Elxan Həsənağa oğlunun anım günü qeyd olunmuşdur. Şəhidin ailə üzvləri ilə görüş kecirilmiş, məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur. Tədbirdə Lerik rayon İcra Hakimiyyətindən, Səfərbərlik və Hərbi Xidmətə Cagrış üzrə Dövlət Xidmətindən nümayəndələr, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının sədri və şəhidin ailə üzvləri iştirak etmişlər. Читать далее »

Pirallahıda Novruz bayramı milli ruhda qeyd olunmuşdur

Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə Azərbaycan QMƏVŞAİB Pirallahı rayon  filialının  üzvüləri də yaxndan iştirak etmişlər. Martin 17-si filialın sədri  Oruc Mustafayev və bir qrup fəal üzvü  Novruz bayramı    münasibətilə rayonda yaşayan əlil və şəhid  ailələrini ziyarət etmiş, onlara bayram sovqatları təqdim etmişlər. Читать далее »

Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının üzvləri N saylı hərbi hissədə keçirilmiş “Açıq qapı” günündə iştirak etmişlər

2018-ci il martın 20-i N saylı hərbi hissədə “Açıq qapı” günü təşkil olunmuşdur. Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə və filialın 5 fəal üzvü bu tədbirdə yüksək səviyyədə iştirak etmişlər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov, Sumqayıt şəhər Icra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, YAP Sumqayıt təşkilatının sədr müavini, AZƏRKİMYA İstehsalat Birliyinin məsul şəxsləri və başqaları iştirak etmişlər. Digər ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок