Son Xəbərlər:

Bütün Xəbərlər

Gələn il Beynəlxalq Əmək Təşkilatının 100 illiyi qeyd olunacaq

BMT-nin ixtisaslaşmış qurumlarından biri olan, üçtərəfli (dövlət orqanları, işəgötürənlər və işçilərin nümayəndələri) təmsilçilik şəraitində əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin, hər kəs üçün layiqli əməyi təşviq edən siyasət və proqramların hazırlanmasını və dünyada geniş yayılmasını həyata keçirən Beynəlxalq Əmək Təşkilatı (BƏT) gələn il özünün 100 illik yubileyini qeyd edəcək. BƏT Birinci Dünya müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi ... Читать далее »

29 oktyabr Zəngilan rayonunun işğalı günüdür

Zəngilan rayonunun işğalından 25 il ötür. 1993-cü il oktyabrın 29-u Zəngilan mənfur düşmən tərəfindən işğal olunmuşdur. Zəngilan camaatı uzun müddət təpədən dırnağadək silahlanmış yağı düşmənin hücumlarına mərdliklə sinə gərmiş, düşmən qabağından qaçmamışdır. Qanlı döyüşlərdə Zəngilan 188 şəhid vermiş, rayonun 44 sakini itkin düşmüşdür. Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan rayonu düşmənin amansız mühasirəsinə düşmüşdü. Rayonda əzaq və su ehtiyatı ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə bu ilin 9 ayında 7,8 milyon müraciət qeydə alınıb

Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 7 797 401  müraciət qeydə alınıb. Nazirliyin e-xidmətləri sırasında ən çox müraciət olunanı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub – cari ilin 9 ayında həmin e-xidmətə 2 782 963 dəfə müraciət olunub. Eləcə də  “Məcburi dövlət sosial sığortası üzrə ... Читать далее »

Hacıbaba Adil oğlu Babayev “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif olundu

Binəqədi rayon İcra Hakimiyyətində Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Icra Hakimiyyətinin məsul işçisi Hacıbaba Adil oğlu Babayev Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Hacıbaba Babayev bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda xidmətlərinə görə” medalı ilə də təltif edilmişdi. Читать далее »

“Zəngilanım, günahkarıq yanında” adli tədbir keçirilmişdir

2018-ci il oktyabrın 25-də Zəngilan rayon 13 saylı tam orta məktəbdə Zəngilan rayonunun işğalının 25 ili ilə əlaqədar “Zəngilanım, günahkarıq yanında” adli tədbir keçirilmişdir. Tədbirdə Zəngilan məktəblilərinin çəkdikləri rəsmlər nümayiş olunmuşdur. Tədbiri 13 saylı məktəbin direktoru Azər Niftalıyev açiq elan edərək qonaqları salamlamış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Sonra söz məktəbin tarix müəllimi Qasımova Həqiqətə verildi. O, tədbir iştirakçılarına Zəngilan rayonunun ... Читать далее »

Bərdə rayonunda “Müstəqilliyimizi qoruyaq” adlı tədbir keçirilmişdir

Oktyabrın 16-da Bərdə rayonunda “Müstəqilliyimizi qoruyaq” adlı tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan QMƏVŞAİB-in fəalları, ziyalılar və gənclər iştirak etmişlər. Tədbirdən öncə Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhidlərin məzarlarına qərənfillər qoyulmuşdur. Daha sonra  Tarix Diyarşunaslıq müzeyində olan Bərdənin milli qəhrəmanları, ”Azərbaycan Bayrağı”ordenli şəhidlərimiz və aprel şəhidlərinin xatirə guşəsi də ziyarət edilmişdir. Tədbiri muzeyin direktoru Mehriban Əliyeva açdı. Daha sonra Azərbaycan ... Читать далее »

Sumqayıtda aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olunmuşdur

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxannın təşkilatçılığı və Azərbaycan QMƏVŞAİB  Sumqayıt filialının bir qrup fəalları ilə Sumqayıt şəhər Poeziya evində aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anadan olmasının 25  illiyi münasibətilə tədbir keçirilib. Kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçən tədbirdə filialın sədri Tərlan Hacızadə, Sumqayıt şəhər 16 saylı orta məktəbin direktoru Niyaz Süleymanov, şair Əşrəf ... Читать далее »

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Qeyri-büdcə sektoruna aid daxilolmalarda artım 9 faizə yaxın olub  Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım tempi davam edir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ... Читать далее »

Şəhid hərbi qulluqçulardan artıq 85 faizinin vərəsələri bu günədək birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb. Bununla əlaqədar aidiyyəti qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar ... Читать далее »

Bu ay respublikanın 6 rayon və şəhərində əmək yarmarkaları keçirilib

Paytaxtın üç rayonunda  isə səyyar əmək birjası təşkil olunub.  Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatina görə Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay Göyçay, Tərtər, Yevlax, Kürdəmir, Samux rayonlarında və Mingəçevir şəhərində əmək yarmarkaları keçirilib. Yarmarkalarda 173 müəssisə üzrə 1000-ə yaxın vakant iş yeri təqdim edilib, 312 nəfər işaxtaran və işsiz vətəndaşa peşə bacarıqlarına, əmək ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок