Son Xəbərlər:

İqtisadiyyat

Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi işə düşdü

Bunu layihənin rəhbəri Emin Sultanov deyib. Onun sözlərinə görə, sosial xarakter daşıyan layihə ilk növbədə dərman preparatlarının tapılmasının rahatlığına və istifadəçilərin vaxtının qənaət olunmasına yönəlib. E.Sultanov qeyd edib ki, lazımi dərman preparatının tapılması üçün onun adının axtarış pəncərəsinə daxil edilməsi kifayətdir: “Bundan sonra sistem ən yaxın aptekləri təqdim edəcək. Bundan başqa, reseptin şəklini çəkib sistemə yerləşdirmək olar. Bu resept də ... Читать далее »

Azərbaycanda fiziki şəxslər «exchange» aça biləcək

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü — valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsaslarına görə, rezidentlər və qeyri-rezidentlər ... Читать далее »

QHT-lərə Dövlət Dəstəyi şurasında “iqtisadi və sosial məsələlər” qrupuna aid QHT-lərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “iqtisadi və sosial məsələlər” qrupundan üzv seçilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ilin əvvəllərindən başlayaraq hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə görüş keçirməyə başladığını bildirib. ... Читать далее »

Özünüməşğulluq proqramı ailə təsərrüfatlarının inkişafına töhvə verir

Ötən dövrdə proqram çərçivəsində verilmiş aktivlər hesabına 400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə aktivlərlə (mal və materiallarla) təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olublar. Bu ... Читать далее »

Prezident İlham Əliyev: «2017-ci il Azərbaycan üçün çox uğurlu il olacaq»

“Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib. Dövlət başçısı bildirib ki, bu ... Читать далее »

«Fitch» beynəlxalq reytinq agentliyi : Azərbaycan büdcə kəsirini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir

Keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran ölkələr Konqo, Azərbaycan, Qazaxıstan və Behreyn olub. Bu barədə açıqlama «Fitch» beynəlxalq reytinq agentliyi tərəfindən verilib. Agentliyin hesabatında bildirilir ki, Fars körfəzi ölkələri isə milli valyutaının məzənnəsinə toxunmadan büdcə xərclərini azaldaraq büdcə kəsirini minimuma endirməyə müvəffəq olub. Qazaxıstan, Rusiya və Azərbaycan isə devalvasiya etməklə neft qiymətlərindəki azalmanın büdcəyə ... Читать далее »

Aprel-may aylarında “Baku Shopping Festival”ı keçiriləcək

Bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı — “Baku Shopping Festival” keçiriləcək. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları ... Читать далее »

Prezident İlham Əliyev: «Əgər vətəndaşlar pambıqçılığa maraq göstərməsəydi, işlərimiz yarımçıq qala bilərdi»

«Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür». Bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib. Dövlət başçısı deyib: “Eyni zamanda, biz vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçənilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində bu günədək 269 nəfər işsiz və işaxtaran şəxsi aktivlərlə təmin edib

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri davam etdirilir. Bu günə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib. Belə ki, Tərtər rayonu ... Читать далее »

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib

Birinci vitse-prezident qeyd edib: «Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir». Mehriban Əliyeva bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок