Son Xəbərlər:

İdman

«Tank biatlonu» müsabiqəsində reytinqə görə Azərbaycan tankçıları 5-ci yerdədir

«Beynəlxalq Ordu Oyunları — 2016» yarışları çərçivəsində keçirilən «Tank biatlonu» müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar. 15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi «Tank biatlonu» müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək. Yarımfinal yarışları zamanı ... Читать далее »

Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə «Xəzər Kuboku-2016» müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib

«Dəniz kuboku — 2016» müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq «hava hədəfləri»nə atışlar keçiriblər. Ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir. Bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin ... Читать далее »

Hərbi dənizçilərimiz «Xəzər kuboku — 2016» yarışlarının açılış mərasimində iştirak ediblər

İyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin «Xəzər kuboku — 2016» beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib. «Beynəlxalq Ordu Oyunları — 2016» yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir. Qeyd edək ki, «Xəzər kuboku — 2016» üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz ... Читать далее »

Azərbaycan tankçıları «Tank biatlonu» yarışlarında iştirak edir

Azərbaycan tankçıları «Beynəlxalq Ordu Oyunları — 2016» yarışları çərçivəsində keçirilən «Tank biatlonu» yarışlarına qatılıblar. Müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər. «Fərdi sürücülük» mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr ... Читать далее »

Azərbaycan hərbçiləri «Beynəlxalq Ordu Oyunları — 2016» yarışlarına qatılıb

İyulun 30-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri yaxınlığındakı Kubinkada «Beynəlxalq Ordu Oyunları — 2016» yarışlarının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətimiz «Xəzər Kuboku» və «Tank biatlonu» yarışlarında ölkəmizi təmsil edir. Bu gün Alabino poliqonunda «Beynəlxalq Ordu Oyunları — ... Читать далее »

İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Prezident İlham Əliyevin nitqi -Əziz dostlar. Bildiyiniz kimi, avqustun 5-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcəkdir. Bu gün bu rəsmi mərasimdə biz ... Читать далее »

İlham Əliyev Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıb Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib.

Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri — Formula-1 Avropa Qran-prisi keçirilib. İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar. Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda — Şərq ilə Qərbin ... Читать далее »

Hərbi Liseydə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib. Kursantlar qaçış, qumbara atma, atəş və kəndir dartma növləri üzrə yarışıblar. Qalib kursantlar mükafatlandırılıb. Читать далее »

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar «QHT-lər arasında atıcılıq çempionatı» keçirilmişdir

Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət QHTlərinin Yardım Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar «QHT-lər arasında atıcılıq çempionatı» keçirilmişdir. Yarışda 10 komanda iştirak edib. 1-ci yeri Binəqədi Veteranlar Komandası 2-ci yeri Binəqədi YAP komandası 3-cü yeri İstedadlı Əlillər Komandası 1-ci yerin sahibləri Medallar və Kubokla təltif olunublar. Читать далее »

Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir

4 dekabr 2015-ci il. 29 noyabr 2015-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo üzrə 2000-2002-ci və 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir. Yarışda Respublikanın 7 şəhər və rayonundan (Gəncə, Bərdə, Goranboy, Göyçay, Ağdam, Ucar, Yevlax) 10 komanda 19 çəki dərəcəsində 179 idmançı qələbə uğrunda mübarizə aparmışdır. Azərbaycan Respublikası Cüdo Federasiyasının ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок