Son Xəbərlər:

Hadisə

Sərraf Oruc: Azərbaycanda ilk dəfə “QHT TV” internet televiziyası ictimaiyyətə müjdə edildi

Sentyabrın 13- də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Şəmsi Əsədullayev» xeyriyyə ictimai birliyi tərəfindən müfəvəqqiyyətlə  həyata keçirilən «QHT-TV» — vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi» layihəsi sayəsində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış QHT-TV (internet TV) internet televiziyasının təqdimat mərasimi keçirilərək ictimayyətə təqdim edildi. Layihənin və QHT-TV (internet TV) ... Читать далее »

«Xalqla Ordu əl-ələ» hərbi vətənpərvərlik marafonu davam edir

Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə təşkil etdiyi «Xalqla Ordu əl-ələ» hərbi vətənpərvərlik marafonu davam edir. Şəmkir şəhərindəki Bayraq meydanında marafonun açılışına həsr olunmuş mərasim keçirilib. Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə ehtiramlarını bildiriblər. Bayraq meydanının yay teatrında keçirilən hərbi vətənpərvərlik marafonunda layihə müəllifi, Əməkdar ... Читать далее »

QHT-lər üçün internet televizya yaradılır

Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır. Bu barədə ““QHT TV” — vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Layihə rəhbəri bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların ... Читать далее »

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada ... Читать далее »

Milli Mətbuat günü jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində prezident İlham Əliyev iştirak edib

İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir. Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina ... Читать далее »

Praqada Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İyulun 14-də Çexiyada fəaliyyət göstərən «Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib. Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar ... Читать далее »

Milli Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olundu

Prezident İlham Əliyev «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib. Qeyd edək ki, «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalı ... Читать далее »

Deputat: “Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”

“Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürlər hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin: “Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına ... Читать далее »

ASAN İnnovasiyalar Mərkəzi və Mastercard əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” və Mastercard qlobal ödəniş texnologiyaları şirkəti arasında maliyyə savadlılığı ilə bağlı layihələrdə birgə əməkdaşlıq çərçivəsində “Nağdsız Azərbaycan” baxışına töhfə vermək məqsədilə memorandum imzalanıb. Memorandum özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi ... Читать далее »

Azərbaycan ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı  Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок