Son Xəbərlər:

Hadisə

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi yeni evlə təmin olundu

2019-cu il fevralın 7-si Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsinə İcra Hakimiyyəti tərəfindən 4 otaqlı təmirli ev təhvil verilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Qusar rayon filialının fəal üzvləri, eləcə də digər idatə və təşkilatların nümayəndələri iştirak etmişlər. Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov evin açarlarını sahiblərinə təqdim etmişdir. Читать далее »

Sovet qoşunlarının Əfqanıstandan çıxmasının 30 illik yubileyi münasibətilə Kiyevdə fotosərgi keçirilmişdir

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun mətbuat xidmətindən vetennamine.az saytına verilən məlumata görə Ukrayna Əfqanıstan Veteranları Birliyinin Kiyev şəhər şöbəsinin təşkilaçılığı ilə 2019-ci il fevralın 5-də Kiyev şəhərində sovet qoşunlarının Əfqanıstan ərazisindən çıxmasının 30 illik yubileyi münasibətilə Ukraynadakı xarici səfirliklərin, diplomatik korpusların, dövlət, qeyri-dövlət veteran təşkilatlarının, hərbiçilərin və ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə fotosərgi keçirilmişdir. Sərgidə keçmiş sovetlər birliyinin tərkibində ... Читать далее »

Nizami rayonunda yaradıcı gənclərin sərgisi keçirilmişdir

2 Fevral – Gənclər günü münasibətilə 2019-cu il fevralın 4-ü Azərbaycan Gənclər Fondunun dəstəyi ilə YAP Nizami rayon təşkilatında Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialı ilə birgə «Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgilərinin təşkili» mövzusunda tədbir keçirilmişdir. Gənclərin sərgidə satılan  bir neçə əl işi xüsusi marağa səbəb olmuş və filialın üzvləri tərəfindən alınmışdır. Читать далее »

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 28 yanvar 2019, 15:30 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini ... Читать далее »

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 yanvar 2019, 20:30 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikasının ərazi ... Читать далее »

Bərdədə səkkiz şəhidin xatirəsinə abidə ucaldılıb

Bərdənin Dəymədağıldı kəndinin sakinləri Elxan və Yalçın qardaşlarının birgə fəaliyyəti sayəsində səkkiz şəhidin xatirəsinə abidə ucaldılıb. Abidə Qazaxıstanda yaşayan həmvətənimiz Elxan Kərimovun vəsaiti hesabına inşa olunub. Kənd sakini Yalçın Kərimov isə üzərinə götürdüyü təşkilati-texniki işləri həyata keçirməklə  Qarabağ döyüşlərinin iştirakçısı olmuş qardaşı Elxan Kərimova  dəstək olub. Rayon ictimaiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə ziyalılar, şəhid ailələrinin nümayəndələri, Qarabağ döyüşlərinin iştirakçıları ... Читать далее »

«Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçirilmişdir

2019-cu il yanvar ayının 7-si, 10-u və 11-i Bakı şəhəri Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi Sevinc Paşabəyzadənin təqdimatında «Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçirilmişdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan QMƏVŞAİB-in təşkilatı dəstəyi ilə həyata keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. 3 gün davam edən layihə maraqlı müzakirələrlə, mövzuya dair ... Читать далее »

“20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda rəsm müsabiqəsi

Yanvarın 16-da Siyəzən rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında “20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda rəsm müsabiqəsinə təqdim edilmiş əl işlərinin sərgisi təşkil olunub. Siyəzən rayon Gənclər və İdman idarəsi, Təhsil şöbəsi və Azərbaycan QMƏVŞAİB-in Siyəzən rayon şöbəsi tərəfindən birgə keçirilən müsabiqə 20 Yanvar faciəsi dəhşətlərinin rəsm əsərləri vasitəsilə nümayiş etdirilməsi, ... Читать далее »

Biləsuvarda gənclərin hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir

2019-cu il yanvarın 10-u Biləsuvarda gənclərin hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin kollektivi, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, müharibə veteranları və valideyinlər iştirak edirdilər. Читать далее »

Mingəçevirdə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi, ictimai birliyin Mingəçevir şəhər filialının üzvləri Mingəçevir şəhər rəhbərliyi ilə birlikdə şəhər gənclərinin hərbi xidmətə yolasalma mərasimində iştirak etmişlər. Mərasimdə əvvəlcə dövlət bayrağı gətirildi, sonra dövlət himni oxundu. Şəhər icra hakimiyyətinin başçısı İ.İsmayılov çıxış edərək gənclərə hərbi xidmətdə uğurlar dilədi. Onlara xidmət etdikləri yerlərdə Mingəçevirin şərəfli adını uca tutmağı ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок