Son Xəbərlər:

Hadisə

Azərbaycan Silahlı Qüvvələri operativ-taktiki təlimlər keçirəcək

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava ... Читать далее »

Təlim və Tədris Mərkəzində buraxılış və qəbul mərasimi keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hazırlıq kursunu bitirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib. Qəbul komissiyasının qərarına əsasən kursa qəbul edilən namizədlər ixtisaslarına uyğun olaraq tədris qruplarına bölünüb. Onlar mütəxəssis hazırlığına qoyulan tələblər əsasında hazırlanan proqrama müvafiq olaraq kurs keçiblər. Kursda mühazirələr, qrup və praktiki məşğələlər təşkil olunub. Bundan əlavə, poliqonda keçirilən dərslərdə hərbi texnikanın ... Читать далее »

AZƏRBAYCAN QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHID AİLƏLƏRİ İCTİMAİ BİRLİYİNDƏ YENİ TƏYİNATLAR HƏYATA KEÇİRİLDİ

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin idarə heyəti 08 iyun 2016-cı ildə keçirilən iclasında cari məsələlərlə yanaşı ictimai birliyin Quba filialınının sədr və müavin vəzifələrinə yeni təyinatı məsələsi də müzakirə edilmişdir. Filialın sədr vəzifəsinə Nöhbalayev Yusif Məmmədhüseyn oğlunun təyin olunması və filialın sədr müavini vəzifəsinə Əmirov Rəşid Nəzərşah oğlunun namizədliyi irəli sürülmüşdür. Müzakirələrdən sonra Nöhbalayev Yusif ... Читать далее »

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

İyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün «NATO-da informasiya və psixoloji əməliyyatlar» mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) «Saber Guardian 2016» təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində ... Читать далее »

Müdafiə naziri Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri ilə görüşüb

Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb. Cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o ... Читать далее »

Avropa Parlamentinin Polşadan olan üzvü general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsini ehtiramla yad edib

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri xanım Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib. A.Fotıqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerində Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə gül dəstəsi səpələyib. Polşa tatarlarından olan ... Читать далее »

Mayın 21-də Daxili İşlər Nazirliyində cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq, xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Nazir, general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə — zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb. Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul ... Читать далее »

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını vurublar

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus «X-55» tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub. PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub. Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci «X-55» tipli PUA-dır. Читать далее »

Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib

Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ermənistan ... Читать далее »

Münaqişəyə dair danışıqlara məhəl qoymayan Ermənistanın atəşkəs rejimini pozması nəticəsində əsgərimiz şəhid olub

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyi bir daha bildirir ki, baş ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок