Son Xəbərlər:

Hadisə

Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib

Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub. Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım ... Читать далее »

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler keçirəcəklər. Ermənistan ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 300 nəfərədək şəxsi kvota üzrə iş yerləri ilə təmin edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə ayrılmış iş yerləri ilə təmin olunması işləri davam etdirilir. Belə ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib. Həmin insanlardan 75 nəfəri əlilliyi ... Читать далее »

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru cənab Hafiz Paşayev imzalayıblar. Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, ... Читать далее »

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə imzalayıblar. Tərəflər ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»na əsaslanaraq hərb elminin inkişaf etdirilməsi, ... Читать далее »

“Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində işçi görüşləri keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər. Tədbirlərdə NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə ... Читать далее »

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filalı Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirdə iştirak etmişdilər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filalı Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbirdə iştirak etmişdilər. Tibb elmində böyük xidmətləri olan Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan ... Читать далее »

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib

Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində «Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi» mövzusunda komanda-qərargah təlimi keçirilib. Təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin ... Читать далее »

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, onlardan 2 hərbi həkimi ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb. Layihənin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок