Son Xəbərlər:

Hadisə

Sənaye üsulu ilə qazılmış ilk quyu Bakıdadır

Prezident İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən ... Читать далее »

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahların, hərbi və xüsusi texnikanın nümayişi keçirilib

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib. Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaının istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb. Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya ... Читать далее »

Azərbaycan Dillər Universitetində “Beynəlxalq təhlükəsizlik” dərsliyi təqdim olunub

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimat mərasimi keçirilib. Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən faydalanaraq hazırlanan kitab haqqında məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq ... Читать далее »

Füzulidə “Aprel şəhidlərinə xatirə” abidəsi açılıb

Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub. Yürüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar. Hərbi orkestrin ifasında təntənəli marşın sədası altında Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun ... Читать далее »

İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ... Читать далее »

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi

Bakıdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər. Azərbaycan Prezidenti ... Читать далее »

Keçmiş MTN generallarının işində zərərçəkmiş: «Hədə-qorxu gələndən sonra onlara 50 min manat verdim»

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri — general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bakı Hərbi Məhkəməsinin ... Читать далее »

İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Saatlı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya ... Читать далее »

“İrəvan – 2018” hərəkatı həyəcan təbili çaldı: “Erməni vandalları tariximizi məhv edirlər”

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) təsis etdiyi, ölkənin 10-dan çox böyük QHT-nin üzvü olduğu “İrəvan-2018” Hərəkatı Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edilmiş, Azərbaycanın tərkib hissəsi olan Qarabağın baş şəhərlərindən biri olan Şuşada yerləşən tarixi Azərbaycan abidəsi olan Gövhərağa məscidində aparılan “qazıntı” işləri ilə bağlı UNESCO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Ermənistanın Azərbaycana qarşı əsassız ... Читать далее »

Aprel-may aylarında “Baku Shopping Festival”ı keçiriləcək

Bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı — “Baku Shopping Festival” keçiriləcək. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок