Son Xəbərlər:

Cəmiyyət

“Xüsusi qatğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi start götürdü (VİDEO)

2019-cu il sentyabrın 30-u Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Xüsusi qatğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi öz işinə başladı. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə xalqımızın üzləşdiyi mürəkkəb və ağır vəziyyətdən ölkəmizin xilasına ... Читать далее »

Allah rəhmət eləsin

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev ictimai birliyin idarə heyəti adından Qazax rayon filialının sədri Kamandar Səlim oğlu Məmmədovun vaxtsız vəfatı münasibətilə mərhumun doğmalarına və yaxınlarına dərin hüsnlə başsağlığı verir. ALLAH RƏHMƏT ELƏSİN. Читать далее »

Sunqayıtda «Vətən Oğulları» adlı tədbir keçirilmişdir

2019-cu il sentyabrın 30-u Sumqayıt şəhər Zeynalabdin Tağıyev adına qəsəbədəki 6 saylı məktəbdə «VƏTƏN OĞULLARI» adlı tədbir keçirilmişdir. Tədbirdə oktyabrın 1-i qəsəbədən hərbi xidmətə yola düşəcək 11 nəfər çağırışçı, N saylı hərbi hissənin əsgər, zabit heyəti, ictimai birliyin Sumqayıt şəhər filialının sədri və fəalları, qəsəbə ağsaqqalları və digər qonaqlar iştirak edirdilər. Məktəbin şagird kollektivinin ifasında bədii kompozisiyalar təqdim edilmiş və ... Читать далее »

Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü keçirildi

1992-ci ildə yaranmış “Babək 44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib. Müdafiə Nazirliyi, Qarabağ Əlillərinə Qayğı ictimai birliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər Abidə Kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin ... Читать далее »

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Məmmədov Kamandar Səlim oğlu vəfat etmişdir

1970-ci il oktyabrın 8-i Qazax rayon Qızılhacılı kəndində anadan olmuş. 1991-ci ildən erməni işgalçı hərbi ordusuna qarşı Azərbaycan Respublikası torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin ilk könüllü şahinlərindən biri olmuş, Qazax könüllülər taborunun tərkibində vətənimizin dilbər güşəsi, füsunkar təbiəti, təmiz suyu, saf havası, gözəl aranı, sıx meşələri, dağı, yaylağı olan Əskipara dərəsində yerləşən Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Quşcu Ayrım, ... Читать далее »

Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edildi

Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşübbüsü və “Gəncə” və “Kəpəz” yığma komandalarının iştirakı ilə Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Yoldaşlıq görüşü Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayon Gənclər və idman idarəsinin ... Читать далее »

Beyləqanda şəhid Axundov Sənan Tahir oğlunun anım günü keçirilmişdir

2019-cu il sentyabrın 29-u Azərbaycan QMƏVŞAİB-in Füzuli rayon filialının fəal üzvləri Beyləqan rayonundakı Peyğəmbər qəbiristanlığında Qarabağ müharibəsi şəhidi Axundov Sənan Tahir oğlunun doğum günündə iştirak etmişlər. Filialın sədri Əlizadə Abbasov çıxış edərək şəhidə Allahdan rəhmət, şəhidin valideynlərinə isə səbr diləmişdir. Şəhidin valideynləri çıxış edərək oğul itkinin ağrı-acısı ilə bərabər, ovladlarının Vətən yolunda şəhid olmasından qürur duyduqlarını bildirmiş, dövlətimizin şəhid ailələrinə, ... Читать далее »

Azərbaycanda Latviya günləri

Binəqədi rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda Azərbaycanda Latviya günləri keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının üzvləri də iştirak etmişlər. Читать далее »

Qazaxda şagirdlərlə hərbi-vətənpərvərlik görüşü keçirildi

2019-cu il sentyabrın 26-sı Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri  Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbində yuxarı sınıf şağirdləri ilə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsini düzğün istiqamətləndirmək məqsədi ilə görüş kecirilmişdir. Şagirdlərlə görüşmək imkanı yaratdıgına görə  ictimai birliyin rəhbərliyi adından Qazax rayon Təhsil şöbəsinin rəhbərliyinə və məktəb drektoruna öz dərin minnətdarlığımızı bildiririk. Читать далее »

Şəhid Əliyev Qabil Cəlil oğlunun anım günü qeyd olundu

Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon  filialının təşəbbüsü ilə ərazilərimizin bütövlüyü uğrunda şəhid olmuş Tərtər rayon Sarıcalı kənd sakini Əliyev Qabil Cəlil oğlunun anım günü qeyd olunnuşdur. İlk öncə Sarcalı kənd şəhidləri abidəsi və  şəhid  Qabil Əliyevin məzarı  ziyarət  edilib üzərinə gül  dəstələri düzülərək yad edilmiş və şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Anım günündə filialın sədri Suliddin Yusibov, SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок