Son Xəbərlər:

Cəmiyyət

«28 may — Respublika günü» münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir

«28 may — Respublika günü» münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey ... Читать далее »

Azərbaycan və Rusiyanın əmək və məşğulluq sahəsində fəaliyyət göstərən qurumları arasında təcrübə mübadiləsinə başlanılıb

Rusiyanın Əmək və Məşğulluq Federal Xidməti əmək münasibətlərinin elektron qeydiyyat sistemi sahəsində Azərbaycanın təcrübəsini öyrənir Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfərdə məqsəd Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübəni öyrənmək, habelə öz fəaliyyət sahələrində malik olduğu təcrübəni bölüşməkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə ... Читать далее »

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, sosial xidmətlər üzrə ixtisaslaşmış QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. İctimai müzakirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirliyin sosial xidmətlər sahəsində fəaliyyətindən və bu sahədə ixtisaslaşmış QHT-lərlə səmərəli əməkdaşlığından bəhs edib. İ.Rəhimov bildirib ki, bu əməkdaşlığın davamı kimi, ötən il nazirliyin ... Читать далее »

Bir qrup veteran cəbhə bölgəsinə səfər edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzinə yola salınıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili diqqətdə saxlanılır. Cari il üçün də bu istiqamətdə tədbirlərə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb. Tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında ... Читать далее »

Avropa Parlamentinin Polşadan olan üzvü general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsini ehtiramla yad edib

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri xanım Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib. A.Fotıqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerində Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə gül dəstəsi səpələyib. Polşa tatarlarından olan ... Читать далее »

Mayın 21-də Daxili İşlər Nazirliyində cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq, xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Nazir, general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə — zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb. Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul ... Читать далее »

İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi — Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini dedi. Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. ... Читать далее »

İlham Əliyev XXII Azərbaycan Beynəlxalq qida sənayesi və X Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq qida sənayesi və X Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına məlumat verdi ki, XXII Beynəlxalq qida sənayesi sərgisində 34 ölkədən 313 şirkət təmsil olunur. X dəfə keçirilən Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinə də dünyada maraq artmaqdadır. Sərgi iştirakçılarının 67 faizi xarici şirkətlərdir. ... Читать далее »

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda bu rayonun və Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Vətəndaşların müraciətlərində məşğulluğun təminatına və bərpa müalicəsinə kömək göstərilməsi, imtiyazlı şəxslərin mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, əmək pensiyasına hüququn müəyyən olunması və s. məsələlər əhatə olunub. Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок