Son Xəbərlər:
Cari ilin yanvar-mart aylarında 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Cari ilin yanvar-mart aylarında 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən vetennamine.az saytına verilən məlumata görə Həmin şəxslər arasında qadınlar 181 nəfər, əlliliyi olan şəxslər 352  nəfər, şəhid ailəsi üzvləri 26 nəfər, məcburi köçkünlər  261 nəfər, gənclər 67 nəfər təşkil edir.

Proqrama cəlb olunanlar üçün hazırda təlimlər keçirilir. Təlimlərdə onlara biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilir. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.

Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок