Son Xəbərlər:
Cənub bolgəsində prezidentin fərmanına ictimai dəstək verildi

Cənub bolgəsində prezidentin fərmanına ictimai dəstək verildi

     11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi. İclasda qonşu Lənkəran və Astara rayonlarından da şəhid ailələri və müharibə veteranları da iştirak edirdilər.

İclasda  Lerik rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov və Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov, aidiyyəti olan idarələrin rəhbərləri, QHT rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və veteranlar iştirak edirdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin və vətəndaşların  xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

İclasda Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov çıxış edərək iclas iştirakçılarını Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirovun adından salamlayaraq, belə bir mühüm əhəmiyyətli layihənin cənub bölgəsinin ucqar Lerik rayonunda həyata keçirərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Sonra Habil Məlikov rəsmi statistik məlumat verərək bildirdi ki, 80 min əhalis olan Lerik  rayonu üzrə 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi vardır, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhramanıdır. Bu insanlar həmişə Lerik rayonu İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin diqqət və qayğısı altındadır, onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəmirik. Dövlətimiz tərəfindən bu diqqət və qayğı olub və  bundan sonra da olacaqdır.

Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,  «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru  Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanmışdlr.

Həyata keçirilən layihənin əsas məqsədi məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə almaları üçün rəy almış Qarabağ müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

Daha sonra Sərraf Oruc öz çıxışında bildirdi ki, prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab prezidentin bu istiqamətdə növbəti fərmanı Qarabağ müharibəsi əlillərinə  birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onların da söqorta məsələləri öz həllini tapacaqdır.

Daha sonra Prezdentin məlum Fərmanının icrasına aidiyyatı olan idarələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Lerik  rayon Ağsaqqalar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyatda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin sədr müavini, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Ehtiyatda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik Xətai Baxışov, “Ehtiyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Əjdər Qurbanov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədov,  Lerik rayon Dövlət Sosial Müdafiyə Fondunun müdüri Malik Mirzəyev,  Lerik rayonu Dovlıt Sığorta idarəsinin sədri Habil Əliyev, «Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında  və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara  rayon şöbəsinin rəisi polkovnik  Valeh Nəcəfov məlumat  verərək bildirdi ki,  Astara rayonu üzrə 316 Qarabağ müharibəsi veteranı, 79 şəhid ailəsi, 41 Qarabağ müharibəsi əlili, 1 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 124 Əfqanıstan müharibəsi iştirakçısı vardır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun göstərişinə əsasən,  ölkə prezidentinin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanının isrası Astara rayon aidiyyatı təşkilatlar tərəfindən hazırlanaraq müvafiq orqanlara təqdim edilmişdir.

Çıxışlarn sonunda iştirakçılar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanı müsbət qiymətləndirərək cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.

Iclasda şəhid ailələrinə, müharibə əlillərinə prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanı haqqında maarifləndirmə bukleti paylandı və Lerik rayon aidiyyatı olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara  aydınlıq gətirildi.

Iclas Lerik rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdikləri  diqqət və qayğıya  və  gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri Fərmanlar təqdim edilərək  yekunlaşdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок