Son Xəbərlər:
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edildi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edildi

Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və digər rəsmi qonaqlar iştirak edirdilər.

Öncə ulu öndər Heydər Əliyevin və Qarabağ savaşında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni canlı olaraq ifa edildi.

Polkovnik Müslüm Nəsirov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək müstəqillik yolunda ümummilli liderimizin əvəzsiz fəaliyyətindən danışdı, həmin günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirin sonunda hərbi vətənpərvərlik mövzusunda xalq artisti Azərinin ifa etdiyi mahnılar və liseyin kursantlarının səsləndirdiyi şeirlər alqışlarla qarşılandı.

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev Azərin adı ilə tanınan xalq artisti Tağıyeva Anaxanım Ehtibar qızına öz ifaları ilə xalqımızda vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyinə görə Fəxri Fərman təqdim etdi.

Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок