Son Xəbərlər:
Cəlilabaddan hərbi xidmətə çağırılan əsgərimiz şəhid oldu

Cəlilabaddan hərbi xidmətə çağırılan əsgərimiz şəhid oldu

Cəlilabad rayonundan 12.04.2018-ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlu 11.04.2019-cu il N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.

Faktı Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib. O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin sabah günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.

Azərbaycan QMƏVŞAİB-in Cəlilabad filialının sədr müavini Tofiq Məmmədovun xəbər verdiyinə görə, aprelin 14-ü şəhid Mayılzadə Məhərrəm Qafar oğlunun 3 mərasimi keçirilmişdir. Mərasimdə filialın üzvləri də iştirak etmişlər.

Allah rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок