Son Xəbərlər:
Cəbrayıl rayon İcra Hakimiyyətində ənənəvi görüş keçirilmişdir

Cəbrayıl rayon İcra Hakimiyyətində ənənəvi görüş keçirilmişdir

2019-cu il iyulun 12-si Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının bir qrup üzvü Cəbrayıl rayon İcra Hakimiyyətində ənənəvi görüş keçirmişlər. Gorüşdə Cəbrayıl rayon İcra  Hakimyyətnin başçısı Kamal Həsənov, İcra Hakimyyəti başçısının birinci müavini Arif Fərzəliyev, icra nümayəndələri, həmçinin Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov və filial üzvləri Kənan Babayev, Mahir Məmmədov, Şahin Abbasov iştirak etmişlər.

Ilk olaraq Cəbrayıl rayon İcra Hakimyyətinin başçısı Kamal Həsənov çıxış edərək filialın üzvlərini salamlamış, onların sosial şəraitləri ilə ətraflı  maraqlanmışdır. Sosial şəbəkədə yeni yaradılmış Cəbrayıl Şəhidlərini Tanıdaq  lahiyəsini alqışlayaraq lazımı tövsiyələrini vermiş, filial üzvlərinə uğurlar arzulamışdır.

Cəbrayıl rayon Icra Hakimyyəti başçısının birinci müavini Arif Fərzəliyev qonaqları salamlayaraq onların təhsil mərkəzlərində vətənpərvərlik movzusunda keçirdikləri tədbirləri təqdirəlayiq hesab edərək, oz tövsiyələrini vermiş və lazımı koməkliyə həmişə hazır olduqlarını bildirmişdir.

Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının bütün üzvləri adından onlara göstərdikləri diqqət və qayğıya görə başda İcra Hakimyyətinin başçısı Kamal Həsənov və onun birinci müavini Arif Fərzəliyev olmaqla icra hakimyyətinin bütün nümayəndələrinə təşəkkür etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок