HomeBütün XəbərlərCəbrayıl rayon filialının üzvləri Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etmişlər

Cəbrayıl rayon filialının üzvləri Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etmişlər

Cəbrayıl rayon filialının üzvləri Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etmişlər

Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının üzvləri Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etmişlər. Tədbir 20 Yanvar hadisələrinin 30-cu ildönümü münasibətilə keçirilmişdir.

Cəbrayıl rayonu erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 392 nəfər şəhid vermişdir. Şəhid olmuş 392 nəfərin 368 nəfəri rayonun, 24 nəfəri isə əslən Cəbrayıldan olub Bakı, Sumqayıt və digər rayonlarda məskunlaşan həmyerlilərimizin övladlarıdır.