Son Xəbərlər:
Cəbrayıl rayon filialının bir qrup üzvü cəbhənin ön xəttində olmuşlar

Cəbrayıl rayon filialının bir qrup üzvü cəbhənin ön xəttində olmuşlar

Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının bir qrup üzvü Novruz bayramı münasibətilə ön cəbhənin əsgərləri ilə görüşmüşlər.

Tədbir iştirakçılıarı öncə aprel şəhidlərinin Horadiz şəhərində yerləşən abidəsini ziyarət etmiş, daha sonra N saylı hərbi hissədə əsgərlərlə görüşmüş, onların bayramlarını təbrik etmişlər.

Qonaqlar və hərbi hissənin zabit-əsgər heyəti məktəblilərin konsert proqramında iştirak etmişlər.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmişə yaxından iştirak etdiklərinə görə Cəbrayıl rayon filialının fəal üzvləri hərbi hissənin komandanlığı tərəfindən fəxri fərmanlarla təltif olundular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок