Son Xəbərlər:
Cəbhə bölgəsində əsgərlərlə görüş təşkil olunub

Cəbhə bölgəsində əsgərlərlə görüş təşkil olunub

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialının fəal üzvləri, ARDNŞ-a məxsus BOS Şelf MMC-nin əməkdaşları, eləcə də müəssisədə çalışan bir qrup müharibə əlillərindən ibarət nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissədə əsgərlərlə görüşüb.

Şəxsi heyət qarşısında çıxış edən qonaqlar torpaqlarımızın keşiyində dayanan, düşmənə layiqli zərbə vurmağa qadir olan Azərbaycan əsgərinin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əmin olduqlarını bildiriblər.

Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi tərəfindən təsis olunan “Vətən Naminə” medalı ilə təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок