HomeDünya xəbərləriBMT Trampın Yaxın Şərq üzrə sülh planına reaksiya verib

BMT Trampın Yaxın Şərq üzrə sülh planına reaksiya verib

BMT Trampın Yaxın Şərq üzrə sülh planına reaksiya verib

BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı “iki dövlət prinsipi” əsasında nizamasalınmalar üzrə mövqeyi Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq üzrə sülh planı”nın şərhi ilə bağlı yaydığı press-relizində vurğulanır.

Qeyd edilir ki, ümumdünya təşkilatının bu məsələ ilə bağlı mövqeyi uzun illərdir dəyişmız qalır.

Xatırladaq ki, ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Binyamin Nitanyahu ilə birgə mətbuat konfransının gedişatında Birləşmiş Ştatların Yaxın Şərq üzrə sülh planının təfərrüatını açıqlayıb.

Mənbə:report.az