Son Xəbərlər:
Bu gün Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik cənab Mehdi Mehdiyevin doğum günüdür

Bu gün Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik cənab Mehdi Mehdiyevin doğum günüdür

Bu gün, iyunun 1-i Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri, millətini, xalqını, dövlətini sevən Vətən oğlu, müharibənin acısını çəkmiş insanların güvəndiyi şəxsiyyət, Qarabağ müharibəsi əlili, xeyirxah insan, səmimi dost, ehtiyatda olan polkovnik cənab Mehdi Mehdiyevin doğum günüdür. Bu münasibətlə Mehdi müəllimi ictimai birliyin işçi kollektivi və çoxminli üzvləri adından səmimi qəlbdən təbrik edir, ona ilk öncə möhkəm can sağlığı, tükənməz enerji, şərəfli fəaliyyətində qətiyyətli addımlar, düzgün seçim və böyük uğurlar arzulayırıq.

Hörmətli Mehdi müəllim!

Artıq neçə illərdir ki, Sizə pənah gətirən insanların rifahını, gün-güzəranını öz əməyiniz, yorulmaq bilməyən səyləriniz və xeyirxah əməllərinizlə yaxşılaşdırmağa çalışırsınız. Bu müddət ərzində Qarabağ müharibəsi  statusuna malik olan insanlara maddi, mənəvi və psixoloji dəstək, eləcə də gənc nəslə bir vətənpərvərlik nümunəsi olmuş, bunun nəticəsində təşkilatımızın üzvlərinin və Sizi şəxsən tanıyan insanların böyük hörmət və sevgisini qazanmısınız. Sizin kimi xeyirxah, vətənpərvər insanlar qədirbilən xalqımız tərəfindən bütün dövrlərdə böyük hörmət sahibi olmuşlar.

Bu şad gününüzdə bir daha Sizi ürəkdən təbrik edir, işlərinizdə və şəxsi həyatınızda sevinc dolu günlər, can sağlığı və ailə səadəti arzulayırıq.

Doğum gününüz mübarək olsun, əziz Mehdi müəllim!

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок