HomeBütün XəbərlərMədəniyyətBrüsseldə azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüsseldə azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüsseldə azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüssel, 30 yanvar, AZƏRTAC

Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində Brüssel İncəsənət Sarayında (BOZAR) təşkil edilən “Bridges” film festivalında rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib.

Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların suallarını cavablandırıb.

Pərvanə Qarayeva

AZƏRTAc-ın xüsusi müxbiri

Brüssel

Mənbə:azertag.az