HomeBütün XəbərlərBöyük zəfərə aparan Aprel döyüşləri

Böyük zəfərə aparan Aprel döyüşləri

Böyük zəfərə aparan Aprel döyüşləri

2016-cı il aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulması nəticəsində şanlı ordumuz əks hücum əməliyyatına keçmək məcburiyyətində qalmışdır. AzQMƏVŞAİB-in akt zalında bu döyüşlərə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə, AzQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev və fəal üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Mehdi Mehdiyev açmışdır.

O, çıxışında döyüşlərin nəticəsi barəsində danışmışdır. Döyüşlər, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz və Talış kəndləri istiqamətlərində bəzi mövqelər düşməndən azad olunmuşdur.  Bununlada cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-ü ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədi ilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Erməni Silahlı Qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Düşmənin bu döyüşlərdə 320-dən artıq canlı qüvvəsi məhv edildi və 500-dən artıq hərbi qulluqçusu yaralandı və çoxlu sayda zirehli texnikası, artilleriya qurğuları sıradan çıxarıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur və beynəlxalq iqtisadi layihələrdən təcrid edir. Aprel döyüşləri, 44 günlük zəfər qələbəmizin başlanğıcı kimi tarixə düşdü.

Tədbir iştirakçıları, aprel döyüşlərinin əhəmiyyətindən və böyük zəfərə aparan uğurundan danışdılar.

Aris Məmmədov

Vetennamine.az saytının Baş Redaktoru.