Son Xəbərlər:
“Bos Şelf” MMC-də müəssisənin və Azərbaycan QMƏVŞAİB-in rəhbərlərinin görüşü olmuşdur

“Bos Şelf” MMC-də müəssisənin və Azərbaycan QMƏVŞAİB-in rəhbərlərinin görüşü olmuşdur

“MÜHARİBƏ STATUSLU INSANLARA XİDMƏT GÖSTƏRMƏK HƏR BİR İŞ ADAMININ VƏTƏNDAŞLIQ BORCUDUR”. Bu fikirlər Azərbaycan neft sənayesində xüsusi yeri olan “BOS Şelf” MMC-nin baş direktoru İxtiyar Axundova məxsusdur.

2018-ci il oktyabrın 2-də “Bos Şelf” MMC  və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin rəhbərlərinin müəssisədəki görüşündə İxtiyar Axundov müassisədə işləyən aztəminatlı ailələrə, xüsusilə müharibənin acısını dadmış insanların ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. O, müassisədə yüzdən çox müharibə statuslu insanın çalışdığını və onların xüsusi qayğı ilə əhatə olunduğunu bildirmişdir. Respublikamızın müharibə şəraitində olduğunu qeyd edən müəssisə rəhbəri vətənpərvərlik tədbirlərinin xüsusi rolunu qeyd edərək Azərbaycan QMƏVŞAİB-in keçirdiyi bütün tədbirlərə bundan sonra da dəstək verməyə hazır olduqlarını bildirmişdir.

Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev “Bos Şelf” MMC rəhbərliyinə vətənpərvərlik işlərində fəal iştirakına, xüsusilə cəbhə bölgəsindəki “N” saylı hərbi hissəyə səfərin təşkili və birliyin Qaradağ rayon filialının fəaliyyətinə göstərdiyi qayğıya görə təşəkkürünü bildirdi. Vətənpərvərlik tədbirlərinin keçirilməsində əməkdaşlığın önəmli olduğunu  qeyd edən Mehdi Mehdiyev müəssisə rəhbərliyinə ictimai birliyin çoxminli üzvləri adından belə tədbirləri təşkil etdiyi üçün təşəkkür etdi.

Tədbirin sonunda vətənpərvərlik işlərində fəal iştirakına görə “Bos Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov “Fəxri fərman”la, baş direktorun müavini Nazim Hüseynov “Fədai” medalı ilə, baş menecer İlham Eminbəyli “Vətən naminə” medalı ilə, müəssisənin işçiləri, müharibə veteranları Həsən Seyidov və Niyazi Əhmədov “Vətənpərvərlik İşində Xidmətə Görə” medalı ilə və Azərbaycan Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirakına görə baş menecer Qalib Həsənov “Fəxri Fərman”la təltif olundular.

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок