Son Xəbərlər:
Bolgələrdə prezidentin fərmanına ictimai dəstək verildi

Bolgələrdə prezidentin fərmanına ictimai dəstək verildi

Bu gün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən 15 aprel – 15 avqust 2018-ci il tarıxlərində həyata keçirilən “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş Dəyirmi masa keçirilmişdir. Tədbirdə aidiyyatı olan hökümət və QHT rəhbərləri iştirak edirdilər. “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzulu tədbirdə müvafiq statuslu vətəndaşlara tibbi-reabilitasiya və sığorta vəsaitlərinin verilməsində yaranmış problemlər və onların həlli yolları müzakirə oıunmuş, təkliflər hazırlanmışdır.

Açılışdan öncə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olanların  xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru  Sərraf Oruc çıxış edərək bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.

Həyata keçirilən layihə çərçivəsində, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11 000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri apararaq  onlara hüquqi köməklik göstərildi.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Qarabağ müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərilmişdir.

Daha sonra Sərraf Oruc öz çıxışında ümid edərək bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı Qarabağ müharibəsi əlillərinə  birdəfəlik sığorta  pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onların da söqorta məsələləri öz həllini tapacaqdır.

Daha sonra “Əskər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əskər qızı, “Şəhid Aillərininə Maddi Mənəvi Dəsdək” ictimai birliyinin sədri Nəzakət Həsənova, Respublika Veterannlar Təşkilatının Nərimanov rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik Elşad Şabanov, “Şəhid Aillələrinin Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Rəvşən Ağamaliyev,  “Milli Qəhrəmanları Tanıtma” ictimai birliyinin sədri Elşən Uluxanlı, “Dünya Ana və Uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, qht.az portalının direktoru Cəsarət Hüseyinzadə, Azərbaycan-İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmədova və Hüquqşunas ekspert Mobil Vəkiloğlu, Emin Qasımov, Azər Səfərov və başqaları çıxış edərək şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında  və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial problemləri ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdilər.

Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək cənab Prezidentə öz təşəkkürlərini bildirdilər və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial problemlərin həlli istiqamətində öz təkliflərini verdilər.

Tədbirin sonunda, Sərraf Oruc “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsininin bölgələrdə işgüzar keçməsində birgə əməkdaşlıq edərək, təşkilati işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara  rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi, mayor Füzuli Əliyevə, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənova və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənova və «Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» ictimai birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyevə öz təşəkkürünü bildirdi.

Məlumat Azərbaycan Respublikası “Beynəlmiləlçi
Əlil Döyüşçülər” Fondunun  Mətbuat
Xidməti  tərəfindən verilmişdir

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок