HomeBütün XəbərlərBMT Azərbaycana Qarabağı istənilən yolla azad etmək hüququ verir

BMT Azərbaycana Qarabağı istənilən yolla azad etmək hüququ verir

BMT Azərbaycana Qarabağı istənilən yolla azad etmək hüququ verir

30 sentyabr 2015-ci il.

Bu gün Ermənistan prezidenti Serj Sarkisyana öz simasını bütün dünyaya nümayiş etdirmək üçün gözəl imkan verildi, lakin gözlənildiyi kimi, erməni dövlətinin başçısı növbəti dəfə öz ikiüzlülüyünü göstərmiş oldu.

Ermənistanın Azərbaycana təcavüzünün faktiki etirafı haqqında dediyi sözləri təkrar etmək üçün ona dünyanın ən yüksək tribunası – BMT-nin Baş Assambleyası təqdim olunmuşdu. Ermənistan prezidentindən yalnız onun əvvəl dediyi sözləri – işğal olunmuş Azərbaycan torpaqlarının öz ölkəsinin bir hissəsi olması barədə sərsəm fikirlərini təkrarlaması tələb olunurdu. Amma, göründüyü kimi, bu cür düşüncəsiz mülahizələri söyləməyə Satkisyanın yalnız öz ölkəsi daxilindəki çıxışlarında kişiliyi çatır.

BMT-nin tribunasından istifadə edən Sarkisyan Azərbaycana qarşı “lazımi qanuni addımları, hərbi-siyasi addımları” həyata keçirəcəyi ilə hədələyir. Belə çıxır ki, Ermənistan təcavüz, qadın, uşaq və qocaların öıdürülməsi, ölkənin etnik təmizlənməsi kimi əvvəllər atdığı qeyri-qanuni addımlardan sonra “qanuni” addımlara keçməyə hazırdır.

Bununla belə baş verənlərin cəfəngiyatlılığı ondan ibarətdir ki, Sarkisyanın BMT-nin Baş Assambleyasındakı çıxışı beynəlxalq hüquq böhranını, ikili standartlar siyasətini bilavasitə təsdiqləyərək, təşkilatın öz nüfuzuna güclü bir zərbə idi. Ermənistan prezidenti işğal olunmuş ərazilərinin qeyri-şərtsiz azad edilməsi haqqında qərar çıxarmış BMT-yə Azərbaycandan şikayət edir və Yerevan bu qərarları sadəcə olaraq tanımaq istəmir.
Məhz beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi, BMT tərəfindən çıxarılan qərarların Ermənistan tərəfindən yerinə yetirməsinin təmin oluna bilməməsi Azərbaycana özünün ərazi bütövlüyünü hərbi vasitələr də daxil olmaqla istənilən yolla bərpa etmək hüququ verir.

Məqalənin müəllifi: trend.az saytının müxbiri E.Mehdiyev.
vetennamine.az saytı üçün ruscadan tərcümə etdi: N.Nəcəfov.