Son Xəbərlər:
“Biz, Gənc Ekoloqlar — SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı maarifləndirmə tədbiri təşkil olunmuşdur

“Biz, Gənc Ekoloqlar — SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı maarifləndirmə tədbiri təşkil olunmuşdur

QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar — SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı mövzusunda silsilə şəklində təşkil olunan növbəti  maarifləndirmə tədbiri təşkil olunmuşdur.

Bu günlərdə “Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Biz, Gənc Ekoloqlar — SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək! adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində təşkil olunan növbəti  maarifləndirmə tədbirləri – seminarlar təşkil olunmuşdur. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 114, 14, 238 saylı orta məktəblərin şagirdləri iştirak etmişdir.

Layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılmasıdır. Eyni zamanda uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, onların bütün dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması, ekologiyanın çirklənməsi probleminə inteqrasiyası və ekologiyanın mühafizəsinə dair işlərlə yanaşı sülh uğrunda mübarizəyə cəlb olunmasıdır.

Layihə rəhbəri Ü.Xudiyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə görə şərait yaradan Müzeyin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, zəbt olunmuş torpaqlarımızda müharəbə nəticəsində mövcud olan problemlərə inteqrasiyası və ekologiyanın mühafizəsinə dair işlərə cəlb olunmasını yüksək qiymətləndirdilər.

Tədbir çərçivəsində mövzu ətrafında kiçik sorğu, eyni zamanda müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan əl işləri və rəsm sərgilərində iştirak etməyə dəvət olunublar.

Tədbirin ikinci hissəsiтвэ Milli Tarix Muzeyinə və Ekoloji Parka ekskursiya təşkil olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок