Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib
AzQMƏVŞAİB-in Trend-ə istinadən məlumatına görə, paylaşımda deyilir:
“Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
