Son Xəbərlər:
Binəqədi rayonunda Çernobıl faciəsinin 32-cu ildönümü ilə bağlı tədbir keçirilib

Binəqədi rayonunda Çernobıl faciəsinin 32-cu ildönümü ilə bağlı tədbir keçirilib

2018-ci il aprelin 26-da YAP Binəqədi rayon təşkilatının konfrans zalında Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «26 aprel – Çernobıl faciəsi”nin 32-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, müdir müavini Şəmsi Gülverdiyev, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri və üzvləri, ictimai birliklərin sədrləri iştirak etmişlər.

Tədbiri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Ismayılov giriş sözü ilə açaraq faciənin tarixi barədə danışmış, dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır. Natiq çıxışında bildirmişdir ki, ümumbəşəri dəyərlərə sadiq qalaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.

Daha sonra çıxış edənlər Bunəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdiyi diqqət və qayğıdan xüsusi bəhs etdilər. Natiqlər çıxışlarında faciə nəticəsində 7 minə yaxın insanın həlak olduğunu, 25 mindən çox insanın ömürlük şikəst olduğunu və on minlərlə insanın sonsuz qaldığını qeyd etmişdir.

Çıxışlar bitdikdən sonra RİH başçısının müavini V.İsmayılov Çernobıl əlillərinin sosial müdafiəsi üzrə Respublikamızda görülmüş işlər barədə iştirakçılara geniş məlumat verərək tədbiri yekunlaşdırdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок