Son Xəbərlər:
Binəqədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədovun 50 illik yubileyi keçirilmişdir

Binəqədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədovun 50 illik yubileyi keçirilmişdir

2019-cu il iyulun 31-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədovun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Öncə Milli Qəhrəman Aqil Məmmədovun, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.

Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov A.Məmmədovun şərəfli həyat yolundan danışdı. Onun qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyən mərkəzin rəisi bildirdi ki, son 30 ildə xain ermənilər tərəfindən zorla cəlb edildiyimiz torpaq savaşında, Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən oğul və qızlarımızın sayı yüzlərlədir. Şəhidlərimizin və milli qəhrəmanlarımızın xatirəsini yad etmək və onları gənclərə tanıtmaq hər birimizin borcudur.

Qeyd edildi ki, Qubadlı rayonunda anadan olmuş Aqil Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq və doğma yurduna qayıdaraq Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla sərhəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Aqil Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi olduğunu deyən natiq bu istiqamətdə imzalanan fərman və sərəncamların çoxsaylı ailələrə böyük dəstək olduğunu olduğunu qeyd eddi.

Daha sonra Aqil Məmmədova həsr olunan sənədli film nümayiş olundu.

Filmin nümayişindən sonra çıxış edən Qubadlı Rayon icra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Milli Qəhrəmanın döyüş yoldaşları İntiqam Məmmədov, Dağbəyi Məhyəddinov, Adil Həşimov, Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının sədri İlham Qayıbzadə və başqaları çıxışlarında Aqil Məmmədovun hər kəsə nümunə olan ömür yolundan bəhs edərək bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynadığını vurğuladılar.

Sonra tədbir bədii hissə ilə davam eddi.

Sonda Milli Qəhrəmanın qardaşı Elşad Məmmədov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок