Son Xəbərlər:
Biləsuvarın Əliabad kəndində elektron ATS quruldu

Biləsuvarın Əliabad kəndində elektron ATS quruldu

2019-cu il mayın 15-i Biləsuvar rayonunun Əliabad kəndində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətyli Cəmiyyəti tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Əliabad kəndində yeni elektron ATS qurularaq istifadəyə verildi.

Tədbirdə “Aztelekom” MMC-nin kommersiya departamentinin rəisi Elçin Cabbarov, Biləsuvar rayon TRQ-nın rəisi Xalid Rüstəmov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, kənd icra nümayəndəsi Telman Əliyev, şəbəkənin işçiləri, kənd sakinləri iştirak edirdilər.

Açılışdan sonra Milli Qəhrəman Mübariz İbrahimovun evinə baş çəkildi, atası Ağakərim İbrahimovla görüşüldü. Görüş zamanı qurulan bu elektron ATS-in vasitəsilə ən yeni texnologiyalarla dünyaya çıxışı asanlaşacaq və kənd əhalisinin internetdən istifadəsində böyük rol oynayacağı qeyd olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок