Son Xəbərlər:
Biləsuvardakı “Kapital Tədris” Mərkəzində “Şəhidlər Ölməzdir” mövzusunda tədbir keçirilmişdir

Biləsuvardakı “Kapital Tədris” Mərkəzində “Şəhidlər Ölməzdir” mövzusunda tədbir keçirilmişdir

Biləsuvar rayon “Kapital Tədris” Mərkəzində şəhidlərin xatirəsinə həsr ölünmuş “Şəhidlər Ölməzdir” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının I müavini Xanlar Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev və filialın üzvü olan Qarabağ əlilləri, veteranları və şəhid ailələri, Ziyalilar cəmiyyətinin sədri Sahibəli Mirzəyev, mərkəzin rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak etmişlər.

Tədbirdə iştirak edənlər, şəhidlər haqqında, onlara dövlət qayğısından, vətənpərvərlik istiqamətində təşkil olunan tədbirlərdən söhbət açmışlar.

Tədbirin sonunda şagirdlərin ifasında şeirlər səslənmiş, Mübariz İbrahimov haqqında film nümayiş olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок