HomeBütün XəbərlərBiləsuvarda vətənpərvəlik mövzusunda tədbir keçirilmişdir

Biləsuvarda vətənpərvəlik mövzusunda tədbir keçirilmişdir

Biləsuvarda vətənpərvəlik mövzusunda tədbir keçirilmişdir

22 fevral 2020-ci il tarixdə Biləsuvar rayonunun Ağayrı kənd şəhid Vüqar Rüstəmov adına tam orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə məktəbin müəllim və şagird heyəti, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri iştirak edirdilər. 

Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra vətənpərvərlik ruhunda çıxışlar oldu.

Tədbirin sonunda məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeir və kompozisiyalar təqdim etdilər.

Tədbir qurtardıqdan sonra Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev həmin kəndin sakinləri olmuş şəhid Vüqar Rüstəmovun, II qrup Qarabağ müharibəsi əlili Eyniyev Sahib İsa oğlunun anasına baş çəkdi, onların vəziyyəti ilə maraqlandı. Ziyarət zamanı şəhidin anası oğlunun uşaqlıq illəri haqqında danışdı, vətənpərvərliyindən söhbət açdı. Şəhidlərin xatirəsi yad edildi, onların ruhuna dualar oxundu.