Son Xəbərlər:
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilmişdir

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilmişdir

2019-cu il mayın 7-si şəhid Rövşən Bədirov adına Biləsuvar rayon Rəsm Qalereyasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi.
Tədbirdə  çıxış edən Biləsuvar rayon Icra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar Regional Mədəniyyət Mərkəzinin rəis müavini Rəfiqə Cəfərova, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon fililaının sədri  və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar. Qeyd edildi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Sonra rəsm sərgisinə baxış keçirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок